2017-04-12
No: 91/17, Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikası Prezidenti Administrasiyasının dövlət katibi Kşiştof Şçerski ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasına rəsmi səfəri çərçivəsində Polşa Respublikası Prezidenti Administrasiyasının dövlət katibi, Prezidentin kabinetinin rəhbəri Kşiştof Şçerski ilə görüşüb.

Görüşdə Azərbaycan və Polşa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu və bu istiqamətdə yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olundu.

Polşanın Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair sazişin imzalanmasını dəstəklədiyi və bu strateji sənədə mühüm əhəmiyyət verdiyi vurğulandı.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verdi və münaqişənin ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi, həmçinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələbləri əsasında həll edilməli olduğunu diqqətə çatdırdı.

Elmar Məmmədyarov həmçinin Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin perspektivlərindən danışaraq,nəqliyyat sahəsində Polşa ilə əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətli fayda verə biləcəyini bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər
AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ