2017-03-27
No: 75/17, Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfiri Rəşad Aslanov etimadnaməsini Argentina Respublikasının Prezidenti cənab Maurisio Makriyə təqdim edib

Etimadnamənin təqdim olunması mərasim əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Argentina Prezidentinə çatdırdı.

Prezident Maurisio Makri onun da salamlarının və ən xoş arzularının Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş etdi.

Görüşdə səfir R.Aslanov ölkəmiz haqqında Prezident Maurisio Makriyə ətraflı məlumat verdi. Görüş əsnasında həmçinin Azərbaycan və Argentina arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Prezident Maurisio Makri səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu etdi.

növbəti xəbər əvvəlki xəbər
AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ