2017-03-03
No: 55/17, Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasında rəsmi səfərdə olacaq

Xarici işlər naziri Elmar Məmmədyarov 5-7 mart 2017-ci il tarixində Rusiya Federasiyasında rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Həmçinin nazir Elmar Məmmədyarovun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulması münasibətilə təşkil ediləcək sərginin açılış mərasimində iştirakı, Rusiya XİN-nin Diplomatik Akademiyasında çıxışı və digər tədbirlərə qatılması planlaşdırılıb.

növbəti xəbər əvvəlki xəbər

DİPLOMATİYA ALƏMİ JURNALİ