2014-03-28
Azərbaycan və Braziliya Xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir

Bu ilin 24-26 mart tarixlərində Braziliada Azərbaycan Respublikası və Braziliya Federativ Respublikası Xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir. Azərbaycan tərəfini Azərbaycan Xarici işlər nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyev təmsil etmişdir. 

Məsləhətləşmələr zamanı Azərbaycan və Braziliya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. Səfir Yaşar Əliyevin Braziliya Xarici işlər nazirliyinin Baş katibi Eduardo dos Santos ilə görüşü keçirilmişdir.

Bundan əlavə, Səfir Y.Əliyev Braziliya Milli Konqresinin üzvləri ilə, o cümlədən Deputatlar Palatasında Braziliya-Azərbaycan Dostluq Qrupunun sədri Klaudio Kajado Sampayo ilə görüşlər keçirmişdir.

 
növbəti xəbər əvvəlki xəbər