Az | En
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının vətəndaşlarına Liviyada mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edir, 12 may 2011-ci il.
SƏYAHƏT XƏBƏRDARLIĞI

Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin
Konsulluq İdarəsi
Ş.Qurbanov küç. 4

LİVİYA
 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarına Liviyadakı mövcud vəziyyətlə bağlı xəbərdarlıq edir.
 
Fevral ayının 15-dən başlayaraq Liviyanın bir çox şəhərlərində hökumət əleyhinə nümayişlər başlamışdır. Daha sonra nümayişçilərlə hökumət qüvvələri arasında silahlı toqquşmalar baş vermiş, mülki əhali arasında xeyli sayda yaralananlar və ölənlər olmuşdur.
 
Nəticədə BMT Təhlükəsizlik Şurası Liviyada baş verən hadisələrlə əlaqədar 26 fevral 2011-ci il tarixində 1970 saylı, 17 mart 2011-ci il tarixində isə 1973 saylı qətnamələri qəbul etmiş, Liviyanın hava məkanı humanitar məqsədlər istisna olmaqla digər bütün növ uçuşlar üçün bağlı elan edilmişdir. 
Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının 17 mart 2011-ci il tarixli 1973 saylı qətnaməsinə əsasən, 19 mart tarixindən etibarən beynəlxalq koalisiya qüvvələri Liviyada əməliyyatlara başlamışdır. Hazırda əməliyyatlar Tripoli, Binqazi, Zintan, Əjdəbiyyə, Breqa, Sebha, Sirte və Misurata yaxınlığında davam etdirilir. Liviyada münaqişə zonaları hər an dəyişə bilər. 
 
Bunları nəzərə alaraq Liviyaya səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları tövsiyə olunur. 
Liviyada daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikası vətəndaşlarının iğtişaşlara qarışmamaları, ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Azərbaycan Respublikasının Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin Tripoli şəhərində yerləşən Səfirliyinə müraciət etmələri tövsiyə olunur.
 
Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
 
Ünvan
Azərbaycan Respublikasının Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsindəki Səfirliyi 
Ünvan:  Tripoli, Nofliyyin, Şuhədə Şatt, Şeyx küç.
Tel: 0021821 340 66 40
Faks: 0021821 340 66 40    
e-mail: Bu e-mail adres spam-botlarından müdafiə edilib. Onu görmək üçün sizdə Java-Script qoşulmalıdır
 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 
Ünvan: Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 4, AZ 1009
Tel: +994 (12) 596 90 00
Faks: +994 (12) 596 90 01  

e-mail: Bu e-mail adres spam-botlarından müdafiə edilib. Onu görmək üçün sizdə Java-Script qoşulmalıdır  

Foreign Ministry
AzerbaijanMFA
Join the conversation
Xəbərlər Sənədlər Sayt üzrə
Səyahət xəbərdarlığı