|
Nazir Elmar Məmmədyarov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir, 20 iyul 2010-cu il |
|
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı ilə Azərbaycan Diplomatik Akademiyası tərəfindən Bakıda keçirilən Avropa və MDB üzrə növbəti XIX regional kurslarının açılışında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Baş katib Supaçay Paniçpakdi ölkəmizin dinamik inkişafının şahidi olduğunu və xüsusilə qeyr-neft sektorunda böyük irəliləyişin nəzərə çarpdığını bildirmişdir.
Nazir Elmar Məmmədyarov ölkəmizdə bu sahədə mühüm işlərin görüldüyünü qeyd etmişdir. Görüş əsnasında Nazir qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıq prosesi barədə məlumat vermiş və bu münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağı mümkünlüyünü vurğulamışdır.
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.
|