|
Nazir Elmar Məmmədyarov Azərbaycanın ərazisindən tranzitlə səfər edən Rumıniyanın Xarici İşlər naziri Teodor Bakonskini qəbul etmişdir, 19 iyul 2010-cu il |
|
Görüşdə ikitərəfli münasibətlər, regionda cərəyan edən proseslər, enerji və kommunikasiya layihələri və digər məsələlər müzakirə mövzusu olmuşdur.
Nazirlər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafı, enerji sahəsində əməkdaşlıq və ölkələr arasında bütün sahələrdə əlaqələrin daha da inkişaf etditirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulamışlar.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıq prosesi və Qazaxıstanın Almatı şəhərində ATƏT-in Xİ nazirlərinin qeyri-rəsmi görüşündə iştirakı barədə rumıniyalı həmkarına məlumat verən nazir E.Məmmədyarov, bu münaqişənin yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağı mümkünlüyü vurğulamışdır. Öz növbəsində rumınyalı qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim tanıdığını və dəstəklədiyini və bu mövqedə bundan sonra da qalacağını bildirmişdir.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
|