|
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Polşanın ölkəmizdəki səfiri Krzistof Krajevskini qəbul etmişdir, 15 iyun 2010-cu il |
|
Azərbaycanda fəaliyyət müddətinin başa çatması ilə əlaqədar nazir tərəfindən qəbul olunmasına görə təşəkkürünü bildirən səfir ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə Azərbaycan-Polşa əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə sürətlə inkişaf etdiyini qeyd etmişdir. Səfir vurğulamışdır ki, iki ölkə arasındakı münasibətlər qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır və hər iki xalqın mənafeyinə xidmət edir. O, səfir kimi işlədiyi dövr ərzində iki ölkə arasında əlaqələrin davamlı olaraq inkişaf etdiyini ifadə etmiş və gələcəkdə də genişlənəcəyinə ümidvar olduğunu bildirmişdir.
Nazir Elmar Məmmədyarov Azərbaycan və Polşa arasında ikitərəfli münasibətlərin səviyyəsini yüksə qiymətləndirərək səfirə gələcək fəaliyyətində uğurlar arzulamışdır.
|