|
Nazir E.Məmmədyarov İraq Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Heydər Şiya Qubeyşi əl-Bərrakı qəbul etmişdir, 24 iyun 2010-cu il |
|
Etimadnamənin surətini təqdim edən H.Şiya Qubeyşi əl-Bərrak ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd etmişdir. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq İraq-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirmişdir.
Öz növbəsində nazir E.Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə səfiri təbrik etmiş və iki ölkə arasındakı əlaqələrin intensivləşdirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə olunmasının məqsədəmüvafiqliyini qeyd etmişdir.
|