|
Nazir E.Məmmədyarov iqamətgahı Türkiyə Respublikasında olan İspaniyanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xuan Klos i Mateonu qəbul etmişdir, 15 fevral 2010-cu il |
|
Etimadnamənin surətini təqdim edən X.Klos i Mateo ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd etmişdir. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq İspaniya-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirmişdir.
Öz növbəsində nazir E.Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə səfiri təbrik etmiş və iki ölkə arasındakı əlaqələrin intensivləşdirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə olunmasının məqsədəmüvafiqliyini qeyd etmişdir.
|