AzərbaycanEnglish
home.gif enver.gif
 
about_az.jpg     diplomatiya.jpg
 

Diplomatik xidmət
Azərbaycan
Xarici siyasət
Konsulluq xidməti
Normativ-hüquqi aktlar
Mətbuat xidməti
Çıxışlar
Protokol
Diplomatik nümayəndəliklər
"Diplomatiya aləmi" jurnalı
Xəritələr

 

<< Sentyabr ’2010 >>
B.e. Ç.a. Ç. C.a. C. S. B.
  
 1
 2
 3
 4
 5
 6
 7
 8
 9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
   
haydar_aliyev.jpg
ilham_aliyev.jpg
mehriban_aliyeva.jpg

Ana səhifə
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
BƏYANATI

Bakı, 15 yanvar 2009-cu il

Kütləvi-informasiya vasitələrinin məlumatlarına əsasən, Rusiya Federasiyası Ermənistana 800 milyon ABŞ dolları dəyərində hərbi texnika və sursat vermişdir. İnternet şəbəkəsində (www.mediaforum.az) Rusiya Federasiyasının Ermənistan Respublikasının Gümri şəhərində yerləşən 102 saylı hərbi hissəsindən Ermənistan Respublikasının silahlı qüvvələrinə silah-sursatın ötürülməsini sübut edən sənədlər yayılmışdır. Məsələnin araşdırılması üzrə aparılmış işlər silah-sursatın ötürülməsinin həqiqətən də baş verdiyi qənaətinə gəlmək üçün yetərli əsas verir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu fakt ilə bağlı öz dərin narahatlığını bildirir. Belə ki, ötürülmüş silah-sursat Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini işğal edən ölkənin hərbi potensialını əhəmiyyətli dərəcədə gücləndirəcəkdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi hesab edir ki, silahların ötürülməsi bu işğalın davamına və güclənməsinə imkan yaradacaqdır.

Bu ötürmələr BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul etdiyi müvafiq qətnamələrin və BMT Baş Assambleyasında 14 mart 2008-ci il tarixində qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsinin bilavasitə pozulmasıdır. Burada söhbət ilk növbədə Rusiya Federasiyası tərəfindən Azərbaycanın ərazilərinin işğalının davamına və güclənməsinə hər hansı addımları ilə yardım etməməyə dair öhdəliyinin pozulmasından gedir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu ötürmələrlə bağlı Azərbaycanla Rusiya Federasiyasını birləşdirən dost və sıx strateji tərəfdaşlıq münasibətləri, həmçinin Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında vasitəçi rolu ilə bağlı Azərbaycanın bəslədiyi ümidlər kontekstində öz xüsusi narahatlığını bildirir. Xarici İşlər Nazirliyi hesab edir ki, yuxarıda qeyd olunanlar münaqişənin nizamlanması ilə bağlı vəziyyətin gələcək inkişafına görə Rusiya Federasiyasının üzərinə xüsusi məsuliyyət qoyur.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan ərazilərinin işğalının güclənməsinə yardımçı olan bu cür addımlara qarşı öz etirazını bildirir. Azərbaycan tərəfi Rusiya Federasiyasını silahların ötürülməsinin nəticələrinin aradan qaldırılması məqsədilə bütün mümkün tədbirlərin həyata keçirilməsinə çağırır.

 
 




3.jpg
4.jpg
5.jpg
6.jpg
7.jpg
8.jpg
9.jpg
10.jpg
 

Müəlliflik hüququ © 2008. Xarici İşlər Nazirliyi. Bütün hüquqlar qorunur. MinA şirkətlər qrupu tərəfindən dizayn və istehsal edilib.