Dövlət rüsumu

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.1.4-cü maddəsinə əsasən, xidməti işlə əlaqədar xarici ölkələrə ezam edilən Azərbaycan Respublikası vətəndaşının diplomatik və ya xidməti pasportuna sahib şəxslərə xarici ölkələrin diplomatik nümayəndəlik və ya konsulluqlarında viza rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən notanın verilməsi üçün – 4 AZN məbləğində dövlət rüsumu alınır.
Ödənilmə ünvanı.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilən müvafiq hesab nömrə.

 

Son yenilənmə tarixi: 24.02.2014