Notanın verilməsi üçün tələb olunan sənədlər

Azərbaycan Respublikasının vətəndaşının diplomatik və ya xidməti pasport sahiblərinə xarici ölkələrin diplomatik nümayəndəlik və konsulluqlarında viza rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən notanın verilməsi üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:
1. Təmsil edilən müvafiq dövlət orqanı tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin adına ünvanlanan, diplomatik və ya xidməti pasport sahibi olan şəxsin xidməti işlə əlaqədar xarici ölkəyə ezam edilməsi, ezamiyyət tarixi və bu məqsədlə onun adına notanın verilməsi zərurəti barədə məlumatları özündə əks etdirən rəsmi məktubun əsli;
2. Şəxsin sahibi olduğu diplomatik və ya xidməti pasportun surəti;
3. Ezamiyyə ölkəsində şəxsin iştirak edəcəyi müvafiq tədbir təşkilatçılarının/qəbul edən tərəfin dəvət məktubunun surəti;
4. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz.


Son yenilənmə tarixi: 24.02.2014