Vandalizm aktları

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında erməni əsirliyindən qayıtmvş Azərbaycan vətəndaşları ilə aparılmış söhbətlər zamanı məlum olmuşdur ki, işğal olunmuş Dağlıq Qarabağ ərazisində və digər ətraf rayonlarda ermənilər tərəfindən vandalizm əməlləri törədilmiş, - evlər talan edilərək sökülmüş, yandırılmış, taraxi abidələr, xüsusilə qəbiristanlıqlar dağıdılmışdır. İşğal olunmuş Azərbaycan rayonlarının talan və qarət edilməsində, o cümlədən evlərin, abidələrin, qəbiristanlıqlardakı qəbir daşlarının sökülməsində əsir və girovların əməyindən istifadə edimişdir.

Müsəlman qəbiristanlıqlarından daşların sökülməsi ilə bağlı faktı 1974-cü il təvəllüdlü 1994-1996-cı illərdə erməni əsirliyində olmuş Məmmədov Vüqar Yavər oğlu Dövlət Komissiyasına ünvanladığı 02.09.2002-ci tarixli izahatında təsdiq edərək bildirmişdir: "Şuşada müsəlman qəbiristanlıqlarından qəbir daşlarını bizə söktürüb maşınlarla başqa yerlərə aparır, ya da satırdılar. Şuşanın bütün müsəlman qəbiristanlıqları dağılmış vəziyyətdə idi. Ermənilər Şuşanı dağıtmaq fikrində idilər".

1993-cü ilin iyul ayında Qubadlının Çaytumas kəndində girov götürülmüş Quliyev Pənah Zakir oğlu tərəfindən 19.07.2001-ci il tarixdə Dövlət Komissiyasına ünvanlanmış ərizədə göstərilir ki, əsirlikdə olarkən o, daha yeddi nəfər əsir və girovla birlikdə Ağdam şəhərindən inşaat materiallarının və qəbiristanlıqdan qara mərmər daşların sökülməsində işlədilmişdir.

1975-ci il təvəllüdlü 1995-1996-cı illərdə erməni əsirliyində olmuş Bağırov Sahib Qərib oğlu ilə 14.12.2001 tarixdə aparılmış söhbətlə əlaqədar tərtib edilmiş arayışda qeyd edilir ki, Şuşa həbsxanasına saxlandıqları zaman onları Ağdam rayonuna apararaq işğal olunmuş kəndlərdəki evlərin daşlarını sökdürmüş, Karo adlı erməni hərbçisinə ev tikmək üçün Xankəndinə daşıtdırmışlar. Sözügedən söhbət zamanı S.Bağırov bildirmişdir ki, ermənilər onlara Ağdamda və Şuşada olan qəbiristanlıqdan qara mərmər daşlarını da sökdürmüş, həmin daşları İrana göndərərək əvəzində kartof almışlar. S.Bağırov əsirlərə Şuşada Samvel Babayan üçün də ev tikdirildiyini demişdir.

1993-1995-ci illərdə Şuşa, Xankəndi və Xocavənd rayonlarında əsir saxlanılmış Rəsul Nemət oğlu Ramazanov Dövlət Komissiyasına ünvanladığı 474/DK saylı izahatında qeyd etmişdir: "Şuşa şəhərində saxlandığım dövrdə oradakı azərbaycanlıların qəbiristanlığındakı baş daşların, qədim türbələrin, qiymətli plitələrin sökülməsinin şahidi olmuşam. Bundan başqa qədim şəhər məscidinin də söküldüyünü görmüşəm. Həmin materiallar Yerevana aid nömrə maşınlarla birbaş Ermənistana daşınırdı. Göstərilənlərlə yanaşı, Ağdam rayonundakı tikililərin də sökülüb daşındığını görmüşəm".

Dövlət Komissiyasına 30.06.2003-cü il tarixdə daxil olmuş 474/DK saylı izahatında 1993-1996-cü illərdə erməni əsirliyində olmuş Kazimov Kərim Əvəz oğlu göstərmişdir ki, əsir olduğu müddətdə onu digər əsirlərlə birlikdə Şuşa şəhərində olan Molla Pənah Vaqifin məqbərəsindəki qiymətli mərmər daş örtüklərinin, İbrahim Xanın qəbir daşlarının, Şuşa hamamının yanındakı məscidin döşəməsindəki mərmərlərin və Şuşa qəbiristanlığındakı baş daşların sökülməsində işlətmişlər. Bülbülün ev muzeyində ermənilərin məskunlaşdığını bildirən K.Kazımov Bülbülün büstünün yıxdırılaraq üz hissəsinin qoparıldığını, eyni zamanda Ü.Hacıbəyovun büstünün uçurulub avtomaşın parkına atılaraq təhqir edildiyini vurğulamışdır. K.Kazımov Şuşa şəhərindəki bazarın yanındakı məsciddə iranlılar tərəfindən təmir işləri aparıldığını, məscidin qarşısına fars dilində yazılar vurulduğunu bildirmişdir.

220 saylı, 09.04.2003-cü il tarixli izahatında bildirdiyinə görə, 1993-cü ildə əsir götürülmüş 1973-cü il təvəllüdlü Abdullayev Rövşən Abdülrəhman oğlu əsir olduğu müddətdə digər əsirlərlə birlikdə Şuşadakı azərbaycanlı qəbiristanlıqların sökülməsində işlədilmişdir. Qəbiristanlığın demək olar ki, tamam sökülüb dağıdıldığını bildirən R.Abdullayev mərmər daşların maşınlara yüklədilib aparıldığını qeyd etmişdir.

1993-1996-cı illərdə erməni əsirliyində olmuş Məmmədov Vəlhəd Adil oğlu özünün 30.06.2003-cü il tarixli 474/DK saylı izahatında əsirlərin azərbaycanlılara məxsus tarixi abidələrinin sökülməsində işlədildiyini təsdiq edərək Şuşa məscidinin döşəməsinin söküldüyünü, Bülbülün büstünün güllələnmiş halda muzeyin həyətinə atıldığını, M.P.Vaqifin heykəlinin ətrafındakı döşəmənin mərmər lövhələrinin qoparıldığını və müsəlman qəbiristanlıqlarının dağıdıldığını bildirmişdir.

1993-1996-cı illərdə erməni əsirliyində olmuş 1958-ci il təvəllüdü Vediyev Camal Soltan oğlu tərəfindən yazılmış 278 saylı, 01.03.2003-cü il tarixli izahatda göstərilir: "Biz Mısmına kəndində beşmərtəbəli yaşayış binası və bir ferma tikdik. Həmin tikinti materiallarını biz Ağdamda evlərini qoyub getmiş əhalinin evlərindən sökürdük. Əlavə olaraq qeyd edirəm ki, Şuşa türməsində saxlanan zaman məni, Şükürü, Ağagülü Şuşa qəbiristanlığına aparıb oradakı qəbirlərin başdaşlarını sökdürərək mərmər daşlarını aparır, qalanlarını isə atırdılar".

1993-cü ildə əsir götürülmüş Cəfərov Mübariz Qara oğlu 291 saylı, 05.05.2003-cü il tarixli izahatında qeyd edir ki, o, əsirlikdə olduğu zaman Şuşadakı qəbiristanlığın baş daşlarının, evlərin və idman mərkəzlərinin ermənilər tərəfindən dağıdıldığının şahidi olmuşdur.

1989-1995-ci illərdə erməni əsirliyində olmuş Abdullayev Yaşar Abdləli oğlu 474/DK saylı, 30.06.2003-cü il tarixli izahatında sözügedən faktları təsdiq edərək əlavə etmişdir ki, ermənilər Şuşa şəhərində yolların kənarındakı məhəccərlər dəyişdirərək onların əvəzinə xaç şəkilli dəmirlər vurmuşlar.

1994-cü ildə əsir götürülmüş Qəniyev Ariz Məhərrəm oğlu 474 saylı, 30.06.2003-cü il tarixdə Dövlət Komissiyasına daxil olmuş izahatında digər əsirlərlə birlikdə Şuşadakı qəbiristanlıqlardan qəbir daşlarının sökülməsində işlədildiyini qeyd etməklə yanaşı, bu sökülmüş qəbir daşlarından Şuşa şəhərində Andronikə heykəl qoyulduğunu bildirmişdir.

474 saylı, 30.06.2003-cü il tarixli izahatında keçmiş girov Sarıyev Əli Zöhrab oğlu qeyd etmişdir ki, digər əsir və girovlar kimi onu da Şuşa və Ağdam şəhərlərindəki qəbiristanlıqlarda işlətmişlər.

Keçmiş girov Abbasov Natiq Əliş oğlu 30.06.2003 tarixli, 474 saylı izahatında ermənilər tərəfindən girov saxlandığı müddətdə ona Füzuli rayonunun mərkəzindəki qəbiristanlıqdan sökülmüş məzar daşlarını maşınlara yüklətdiklərini göstərmişdir.

Keçmiş hərbi əsir Qafarov Rauf Şəmsəddin oğlu 295 saylı, 05.05.2003-cü il tarixli izahatında bildirir ki, Mısmına kəndində əsirlərə toyuq və donuz ferması, yem ambarı, bulaq və hovuz tikdirmişlər. Bu tikintidə istifadə olunan tikinti materiallarının və mərmərin Füzuli rayonundan sökülüb gətirildiyini və bu işə əsirlərin cəlb edildiyini qeyd edən R.Qafarov daha sonra yazır: "Bizi Füzuli rayonuna evləri sökməyə apararkən qəbiristanlıqda heç bir mərmər görmədik. Qəbirlərin çoxu sökülmüş vəziyyətdə idi".

1998-2000-ci illərdə erməni əsirliyində olmuş, Şuşa həbsxanasında saxlanmış Rəcəbov Nail Lamik oğlu 30.06.2003-cü il tarixli, 474/DK saylı izahatında göstərir ki, o, Şuşa şəhərində saxlandığı zaman tarixi abidələrimizin ermənilər tərəfindən dağıdılmasının və yandırılmasının şahidi olmuşdur. Vaqif sarayının, konservatoriyanın, qədim Şuşa hamamının tamimlə dağıdıldığını qeyd edən N.Rəcəbov həmin abidələrdəki qiymətli əşyaların və sənət əsərlərinin ermənilər tərəfindən maşınlara yüklədilərək Ermənistana daşınmasının şahidi olduğunu bildirmişdir. Həmçinin Şuşa qəbiristanlığının da dağıdıldığını və oradan qoparılmış baş daşlarının separatçı Qarabağ rejimi "rəhbərləri"nin oturduqları binanın qarşısına düzüldüyünü qeyd etmişdir.

1993-1996-cı illərdə erməni əsirliyində saxlanılmış İsmayılov Yunis Suca oğlunun 30.06.2003 tarixli, 474/DK saylı izahatında göstərdiyinə görə, o, əsirlikdə olarkən Şuşa şəhərindəki tarixi abidələrimizin ermənilər təəfindən dağıdıldığının şahidi olmuşdur. M.P.Vaqifin məqbərəsinin, şəhər məscidinin və digər abidələrin sökülərək içərisindəki əşyalarla birlikdə Ermənistana daşındığını bildirən Y.İsmayılov, Şuşadakı Ü.Hacıbəyovun ev muzeyindəki qiymətli əşyaların Ermənistana daşındığını və həmin binanın ermənilər tərəfindən yaşayış evi kimi istifadə edildiyini göstərmişdir.

1994-1996-cı ildə erməni əsirliyində olmuş İdris Usubəli oğlu Mirzəyev 30.06.2003-cü il tarixli, 474/DK saylı izahatında göstrəmişdir ki, əsirlikdə olduğu zaman o, Şuşa şəhərindəki 2 qülləli qədim məscidin erməni əsgərləri və saqqallıları tərəfindən dağıdıldığını görmüşdür. Daha sonra İ.Mirzəyev öz izahatında işğal olunmuş ərazilərdəki yaşayış evlərinin, ictimai binaların, məktəblərin və digər tikililərin sökülüb talan edilməsində və daşınmasında əsir və girovların əməyindən istifadə edildiyini təstiq etmiş, ermənilərin Şuşadakı evləri talan edərək ev əşyalarını maşınlara yükləyib Ermənistana daşıdıqlarını bildirmişdir.

1996-1997-ci illərdə əsirlikdə olmuş 1976-cı il təvəllüdlü Mehdiyev Nazim Hafiz oğlu Dövlət Komissiyasına ünvanladığı 299 saylı, 06.05.2003-cü il tarixli izahatında qeyd etmişdir ki, Şuşa həbsxanasında əsir saxlandığı zaman həbsxananın yaxınlığındakı olan müsəlman qəbiristanlığındakı qəbir daşları dağılıb sökülmüş vəziyyətdə imiş.

1966-cı il təvəllüdlü Məmmədov Azər Zabit oğlunun Dövlət Komissiyasına ünvanlanmış 22.11.202-ci il tarixli izahatında yazdığına görə, girovluqla olarkən ermənilər şuşadakı evləri onlara sökdürürmüşlər.

1994-1995-ci illərdə erməni əsirliyində olmuş Alışanov Elməddin Orucəli oğlu 109 saylı, 03.03.2002-cü il tarixil izahatında yazır: "Mən əsirlikdə olduğum zaman əsirləri işğal olunmuş rayonların, əsasən Ağdam və Füzuli rayonlarının sökülüb daşınmasında işlədirdilər. Bunları yüksək rütbəli ermənilər edirdilər və həmin xüsusi materialları İrandan gələnlərə satırdılar. İranlılar isə öz maşınlarına yükləyib aparırdılar. Meşələri qırıb odun kimi Ermənistana aparırdılar".

Müvafiq arayışda göstərildiyinə görə, hərbi əsir 1973-cü il təvəllüdlü Məmmədov Anar Zakir oğlu da 19.07.2002-ci il tarixdə aparılmış söhbət zamanı bildirmişdir ki, onu və digər əsirləri Ağdama təzə tikilmiş evləri sökməyə və tikinti materiallarını maşına yükləməyə aparmış, həyətlərdə yığılmış mişar daşlarını maşınlara yüklətmişlər.

Füzuli rayon ərazisində girov götürülmüş Bayramov Ağagül Ələhməd oğlu Xankəndində saxlandığı zaman işğal olunmuş Ağdam rayonunda kubikdən tikilmiş evlərin sökülərək Xankəndinə daşınması işində istifadə edildiyini 19.06.2001-ci il tarixli izahatında göstərmişdir.

Korotkov Aleksandr Diyanoviç və Korotkov Gennadi Aleksandroviçlə aparılmış söhbətlə əlaqədar 28.02.1994-cü tarixdə Dövlət Komissiyasına daxil olmuş arayışda göstərilir ki, Ağdam işğal olunarkən şəhərdən çıxmadıqları üçün onlar ermənilərin evləri atəşə tutaraq pəncərələri qırdıqlarını öz gözləri ilə görmüşlər. Korotkovun evinə soxularaq soyuducuda olan ərzağı mənimsəmiş erməni hərbçiləri qonşu evləri qarət etməyə başlamış, həmin malları xəstə Gennadiyə maşına yüklətmişlər.

Ağdam şəhər sakini 1926-cı il təvəllüdlü Şevelyov Vladimir İvanoviçlə 4.05.1994-cü il tarixdə aparılmış söhbətlə əlaqədar tərtib edilmiş arayışda göstərilir ki, 22.07.1993-cü il tarixdə Şevelyov öz evinin və qonşu mənzillərinin yandırıldığının şahidi olmuşdur.

1973-cü il təvəllüdlü hərbi əsir Məmmədov Anar Zakir oğlu 23.11.1994-cü il tarixdə əsirlərə Ağdamdan sökülmüş bir evdən mişar daşı yığdırılaraq 29-95 NKA nişanlı "Kamaz" maşınına doldurulduğunu söyləmişdir.

1997-1999-cu illərdə erməni əsirliyində olmuş 1978-ci il təvəllüdlü Mürşüdov Sədrəddin Aslan oğlu ilə aparılmış söhbətlə əlaqədar Dövlət Komissiyasına 29.12.1999-cu il tarixdə daxil olmuş arayışda göstərilir ki, Xankəndi təcridxanasında saxlanıldığı zaman onu və Səfərəliyev Əfqan Xanlar oğlunu demək olar ki, hər gün, 1974-cü il təvəllüdlü əsir Kərimov Kərim Əvəz oğlunu və əsir yoldaşlarını isə tez-tez sökülmüş evlərin tikinti materiallarını maşinlara yüklətmək üçün Xocalıya və Ağdama aparmışlar.

Ağdam rayonunun dağıdılması ilə bağlı faktı 1967-ci ildə anadan olmuş, 1993-cü ildə ermənilərin Ağdama hücumu zamanı əsir götürülmüş Mahmudov Möhlət Nəriman oğlu ilə aparılmış söhbətlə əlaqədar tərtib edilmiş 28.09.1994-cü il tarixli arayışda da təstiq edilir. Xankəndi hərbi hissəsində saxlanılmış M.Mahmudovun ifadəsinə görə, əsir və girovlardan Ağdamın Qasımlı karxanasında mərmər kəsilib daşınmasında, odun, un və s. daşınmasında istifadə etmişlər. Onun müşahidəsinə əsasən, Ağdam şəhərində məsciddən başqa heç bir salamat bina qalmamışdır.

Əsir və girov düşmüş vətəndaşların işğal olunmuş zonalarda evlərin sökülməsi və talan edilməsində istifadə edilməsi ilə bağlı faktı Ağdam rayon sakini, 1921-ci il təvəllüdü Rzayev Balış Nəbi oğlu (28.06.2002-ci il tarixli arayış), 1975-ci il təvəllüdlü hərbi əsir Hüseynov Cavid Ağa oğlu (14.07.1995-ci il tarixli arayış), 1958-ci il təvəllüdlü Ağdam rayon sakini Abbas Adil Əsəd oğlu (28.06.2002-ci il tarixli arayış), hərbi əsir Bayramov Şirin Ələhməd oğlu (19.06.2001-ci il tarixli izahat), 1955-ci il təvəllüdlü girov Abutalıbov Mikayıl Musa oğlu (04.01.2003-cü il tarixli arayış), 1957-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Məmmədov Cəlal Əli oğlu (06.07.2001-ci il tarixli arayış) da təsdiq etmişlər.

1993-cü ilin avqust ayında Qubadlı şəhəri işğal olunarkən öz evindən girov götürülmüş 1925-ci il təvəllüdlü Yusifov Şərif Qasım oğlunun dindirilməsi ilə əlaqədar tərtib edilmiş 11.12.1993-cüil tarixli arayışda göstərilir ki, Ş.Yusifov girov götürülüb Qubadlıdan Xocavəndə aparılarkən yol boyu köç dolu maşınların yandırılmasının şahidi olmuş, Laçın şəhərinin tamamilə dağıdılıb yandırıldığını, kəndlərin ermənilər tərəfindən tar-mar edildiyini müşahidə etmişdir. Bir neçə gündən sonra Şuşa həbsxanasına aparılan Ş.Yusifov Şuşa şəhərindəki müsəlman qəbiristanlığının daşlarının çıxarılıb aparıldığının da şahidi olmuşdur.

Hərbi əsir 1976-cı il təvəllüdlü Allahverdiyev Mülkədar İsa oğlu ilə aparılmış söhbətlə əlaqədar yazılmış 28.06.2002-ci il tarixli izahatda yeddi nəfər əsirlə birlikdə onun da Kəlbəcərə aparıldığı, oradakı evlərin əşyalarını və tikinti materiallarını "Kamaz" markalı maşınlara yüklətdirərək ermənilərin məskünlaşdığı Yanşaq kəndinə daşıtdırıldığı göstərilmişdir.

Zəngilan şəhərinin işğalı zamanı öz evindən girov götürülmüş və şəhərin talan edilməsini dörd gün ərzində müşahidə edən 1930-cu il təvəllüdlü Cəfərova Məryəm Zinatovna ilə aparılmış söhbətlə əlaqədar tərtib edilmiş 08.04.1994-cü il tarixli arayışda göstərilir ki, M.Cəfərova ermənilərin mənzilləri qarət edərək yandırdıqlarını, qapı-pəncərələri sındırdıqlarını öz gözləri ilə görmüş, ev əşyalarını yığaraq kənddən çıxmaq istərkən mənzilləri qarət edən 14-15 yaşlı 15-20 nəfər erməni uşağı ilə qarşılaşmış, onlar tərəfindən döyülmyş, əşyaları əlindən alınmışdır.

1977-ci il təvəllüdlü İbişov Taleh Mədət oğlu ilə aparılmış söhbətlə əlaqədar tərtib edilmiş 18.02.2002-ci il tarixli arayışda göstərilir ki, İbişov Taleh Laçın rayonu işğal olunarkən Aşağı Seyidlilər kəndində ermənilər tərəfindən evlərin qarət edərək əllərinə keçən hər şeyi maşınlara yüklənməsinin şahidi olmuşdur. Arayışda göstərilir ki, Qubadlı rayon ərazisindən keçərək Ermənistanın Sisyan rayonuna aparılarkən yolda T.İbişov evlərin yandırıldığını görmüşdür.

Laçın rayonunun yandırılması faktı 1992-ci ildə əsir götürülmüş 1971-ci il Nağıyev Gəray Müzəffər oğlu ilə aparılmış söhbətlə əlaqədar tərtib edilmiş 05.06.1995-ci il tarixli arayışda da təstiq edilmişdir. Sözügedən söhbət zamanı G.Nağıyev Laçın rayonunun Göydərə kəndinin ermənilər tərəfindən yandırıldığını gördüyünü bildirmişdir.

Öz evində girov götürülmüş 1961-cı il təvəllüdlü Laçın rayon Vağazin kəndində anadan olmuş İsmayılov Mikayıl Sevdimalı oğlu tərəfindən Dövlət Komisiyasına yazılmış 26.07.2001-ci il tarixli ərizədə göstərilir ki, 24.05.1994-cu il tarixdə ermənilər Vağazin kəndinə daxil olaraq evləri yandırmağa başlamışdır. M.İsmayılovu girov götürən ermənilər Laçının işğal olunmuş kəndlərini gəzmiş, bütün kəndlərdə evlərin 80-90% yandırmışlar.

Qubadlı rayonu işğal olunarkən Yusifbəyli kəndində girov götürülmüş 1932-ci il təvəllüdlü Dostuyev Həsən Qənbər oğlu ilə aparılmış söhbətlə əlaqədar yazılmış 10.01.1995-ci il tarixli arayışda göstərildiyinə görə, ermənilər onu girov götürüb "KAMAZ" maşınına mindirmiş, həmin maşınla kəndi gəzib gözəgəlimli evləri yandırmışlar. Daha sonra Həmzəli kəndində gəzərək salamat binaları yandırmışlar.

Laçın rayonunun Hacılar kənd sakini Rüstəmov Bahadur Fərhad oğlu 332 saylı, 16.05.2003-cü il tarixli izahatında göstərmişdir ki, o, işğal olunmuş ərazidəki evlərini görmək ümidi ilə doğma kəndinə gedərkən evləri sökülmüş, qəbiristanlıqları dağıdılmış, meşələri isə doğranmış halda görmüşdür.

Xocalı sakinlərindən Quliyev Yaqub Allahverdi oğlu 25.10.2001-ci il tarixli izahatında, 1926-cı il təvəllüdlü Nağıyev Hüseyn Behbud oğlu 26.03.2001-ci tarixdə, 1963-cü il təvəllüdlü Ələkbərova Səidə Qurban qızı ilə isə aparılmış söhbət ilə əlaqədar 24.01.2003-cü il tarixdə Dövlət Komissiyasına daxil olmuş arayışlarda göstərilir ki, onlar söhbət zamanı Xocalıda evlərin yandırıldığının şahidi olduqlarını bildirmişlər.

Xocalıda evlərin yandırılması ilə faktları təsdiq edən 1956-cı il təvəllüdlü Məmmədova Gülöyşə Bəxtiyar qızı əlavə olaraq qeyd etmişdir ki, ermənilər kəndə basqın edərkən həm də evləri qarət etmişlər.

Ağdamdan və işğal olunmuş digər Azərbaycan rayonlarından evlərin sökülməsi və tikinti materiallarının yığılması, əsir və girovların bu işə cəlb edilməsi ilə bağlı faktlar Füzuli rayon ərazisində girov götürülmüş 1968-ci il təvəllüdlü Əliyev Fikrət Rəhman oğlu ilə aparılmış söhbətlə əlaqədar 03.05.1996-cı il tarixdə Dövlət Komissiyasına daxil olmuş arayışda,

1973-cü il təvəllüdlü hərbi əsir Allahverdiyev Arzuman Mikayıl oğlu ilə aparılmış söhbətlə əlaqədar yazılmış 10.09.1994-cü il tarixli arayışda,

1963-cü il təvəllüdlü hərbi əsir Məmmədov Qadir İsaqul oğlu tərəfindən yazılmış 27.11.2003-cü il tarixli izahatda da təsdiq edilmişdir.

Qubadlı rayonunun yandırılması ilə bağlı fakt 1958-ci il təvəllüdlü Əhmədov İdris Engels oğlu ilə aparılmış söhbətlə əlaqədar yazılmış 20.04.1995-ci il tarixli arayışda da əks etdirilmişdir. Sözügedən söhbətdə İ.Əhmədov təsdiq etmişdir ki, əsir aparılarkən Laçın rayonunun Güləbird kəndi yandırılıb talan edilirmiş.

1943-cü ildə Laçında anadan olmuş Əliyev Valeh Həsən oğlu və 1981-ci il təvəllüdlü Taleh Valeh oğlu ilə aparılmış söhbətlə əlaqədar Dövlət Komissiyasına 20.04.1995-ci ildə təqdim olunmuş arayışda göstərilir ki, onlar 15.08.1993-cü il tarixdə Laçının Alçalı kəndində qonşularının evinin yandırıldığını görmüşlər. Söhbət zamanı o da məlum olmuşdur ki, Edilli kəndində hərbi hissənin komandiri əvvəllər sürücü işləmiş və həbsdə olmuş Manvel Qriqoryanın erməni əsgərləri ilə kəsdiyi şərtə görə, işğal edilmiş zonalardan qənimət götürülmüş maşın-mexanizm ona, qalan hər şey isə əsgərlərə çatmalıdır.

Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
22 mart 2005-ci il

AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ