Regionun kənd təsərrüfatına vurulmuş ziyan

İşğal altında olan Yuxarı Qarabağ zonası Azərbaycanın iri kənd təsərrüfatı regionu idi. Əlverişli dağarası və dağətəyi düzənlikləri və hamar səthi yayları olan və yaxşı rütubətlənən Kiçik Qafqazın işğal olunmuş hissəsi kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq sahələrinin inkişafına geniş imkanlar yaradır. Kənd təsərrüfatının tərkibində taxılçılıq, yem istehsalı, üzümçülük, tütünçülük, kartofçuluq, pambıqçılıq, ətlik-südlük heyvandarlıq və xüsusilə qoyunçuluq daha üstün yer tuturdu.

Yuxarı Qarabağın qədimdən inkişaf etdirilən üzümçülük sahəsinə 70-ci illərdən sonra daha böyük diqqət yetirildi. Üzümçülük və şərabçılığın inkişafı ilə bağlı olaraq yeni texnikası və şərab zavodları olan ixtisaslaşdırılmış iri sovxoz-zavodlar yaradıldı. Regionda yeni əmtəəlik məhsul kimi inkişaf etdirilən sahələrdən biri də tütünçülük idi.

Ermənistanın təcavüzü nəticəsində həmin ərazidə fəaliyyət göstərən bir çox kənd təsərrüfatı müəssisələri, o cümlədən, kolxozlar, sovxozlar, təsərrüfat birlikləri və aqrofirmalar öz fəaliyyətlərini dayandırdılar (cədvəl 7).

Beləliklə, işğal olunmuş ərazilərdə 1988-ci ildən qalan 311 kənd təsərrüfatı müəssisəsi, 145 yeni yaradılmış, müasir texnika ilə təchiz olunmuş üzümçülük-şərabçılıq sovxozları və xüsusilə, məşhur Qarabağ cins-cıdır atları yetişdirən Ağdam atçılıq sovxozu, 135 kolxoz və 31 təsərrüfatlararası müəssisələr dağıdıldı.

Kənd təsərrüfatının maddi texniki bazasını təşkil edən və fermerlərin hazırki qiymətə satın almaq imkanları olmayan 1365 avto-qoşqu nəqliyyatı və 3425 müxtəlif əkin və qoşqu troktorları, taxıl və pambıq yığan kombayınlar və s. çıxarıla bilmədiyindən işğal ərazilərində qaldı.

İşğal olunmuş rayonların kənd təsərrüfatı müəssisələri və onların texnikası
(1988-ci il məlumatı)

İşğal olunmuş rayonlar Kənd tə-sərrüfatı müəssisə ləri O cümlədən Avto - nəqliyyat Trak-torlar
Sovxozlar Kolxozlar Təsərrü-fatlar
arası müəssis ələr
DQMV 99 43 49 7 800 2254
Laçın 30 28 - 2 60 70
Kəlbəcər 37 4 30 3 28 32
Ağdam 34 1 10 6 257 392
Füzuli 44 25 15 4 94 265
Cəbrayıl 24 7 14 3 77 145
Qubadlı 25 10 12 3 - 109
Zəngilan 18 10 5 3 49 158
Cəmil 311 145 135 31 1365 3425

İşğal olunmuş ərazilərdə 7296 ədəd hidroqurğular, 36 ədəd nasos stansiyaları, 26 ədəd suvarma sistemləri, 18 ədəd suvarma sisteminin baş qurğuları, 1200 km təsərrüfatlararası suvarma kanalları, 5600 km təsərrüfatdaxili sistemləri sıradan çıxarılmış, 127,7 min ha keyfiyyətli suvarınan torpaqlar qalmışdır. Aztorpaqlı Qafqaz regionunda torpaq sahələrinin sıradan çıxarılması nəticəsində milyonlarla insan əsas yaşayış mənbəyindən - torpaqdan məhrum edildi.

Yuxarı Qarabağın işğal olunmuş rayonlarından çıxarılan 611,3 min nəfər köçkün artıq 10 ildən artıqdır ki, öz doğma torpaqlarında yetişdirdikləri kənd təsərrüfatı məhsullarından məhrum edilmişlər. Özü də köçkünlərin müvəqqəti məskunlaşdıqları düzən ərazilər tamam başqa torpaq-iqlim şəraitinə və ona uyğun aqroqaydalarla becərilən kənd təsərrüfatı məhsullarına malikdirlər. Yeni ərazidə belə məhsulları becərmək onlara çox böyük çətinliklər törədir. Kəlbəcərin dağlıq ərazisində heyvandarlıqla məşğul olan kəndli, hazırda məskunlaşdığı düzən Bərdə rayonunda suvarma pambıqçılıq təsərrüfatınından baş çıxarmaqda olduqca böyük çətinlik çəkir. İşğal olunmuş rayonlarda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı aşağıdakı cədvəldə verilir. (cədvəl 9).

Göründüyü kimi, Azərbaycan Respublikasında istehsal edilən taxılın 14,3%-i, üzümün 31,5, ətin 14,5, südün 17,1, yunun 19,3 və baramanın 17%-i işğal olunmuş rayonların payına düşürdü. Özü də bu rayonlarda ekoloji cəhətdən ən təmiz və keyfiyyətli kənd təsərrüufatı məhsulları yetişdirilirdi.

Azərbaycanın işğal olunmuş keçmiş DQMV və ətraf rayonlarında kənd təsərrüfatı məhsulları istehsalı haqqında məlumat (1988-ci il)

İşğal olunmuş rayonlarBitkiçilik məhsullarıHeyvandarlıq məhsulları
Taxıl (min ton)Pambıq (min ton)Üzüm (min ton)Kartof (min ton)Ət (min ton)Süd (min ton)Yumutra (min ədəd)Yun (ton)Barama (ton)
DQMV 100,0 - 71,8 2765 10,2 36,5 11,1 477 89,0
Laçın 3,0 - - 46,0 2,0 4,1 - 198 -
Kəlbəcər 1,0 - - - 1,0 3,1 - 86 -
Ağdam 30,1 19,0 1,2 5,0 2,7 12,6 2,3 297 379
Füzuli 31,9 1,5 100,1 - 1,5 6,8 1,1 128 -
Cəbrayıl 20,1 - 42,0 13,0 1,4 6,6 - 130 282
Qubadlı 6,7 - 2,9 55,0 0,6 3,3 - - 14,4
Zəngilan 4,6 - 16,3 64,0 0 2,5 - 20 82,0
Cəmi: 179,4 20,5 324,3 2348 20,0 75,5 14,5 1360 846,4
Az. Res. %-lə 14,3 3,3 31,5 6,3 14,5 17,1 3,6 19,3 17,0

Ermənistan təcavüzü bu rayonların yüksək inkişaf etmiş heyvandarlıq sahələrinə daha çox ziyan vurmuşdur. Belə ki, Azərbaycan SSR dağ rayonlarının sosial-iqtisadi geriliyini aradan qaldırmaq məqsədi ilə əvvəlki illərdən həmin ərazilərə böyük həcmdə vəsait yönəldilmiş, vergilərin həcmi azaldılmış, şəxsi həyətyanı təsərrüfatlar inkişaf etdirilmişdir. Bütün bu tədbirlər işğala məruz qalmış dağ rayonlarında heyvandarlıq sahələrinin güclü inkişafına səbəb olmuşdur.

Azərbaycan rayonlarının qəfildən və bir-birinin ardınca zəbt edilməsi müharibə zolaqlarından mal-qara sürülərinin qabaqcadan çıxarılmasına imkan vermədi. Bu ərazilərdən kiçik qruplarla çıxarılan heyvanlar yol boyu aclıq və susuzluqdan tələf oldular.

1988-ci ildə işğal olunmuş rayonlarda heyvanların sayı (baş)

İşğal
olunmuş rayonlar
İri buynuzlu
mal- qara
O cümlədən
inək və camışlar
Qoyun və keçilər Donuzlar
DQMV 90227 29524 225791 81434
Laçın 42057 15284 242775 -
Kəlbəcər 33298 11736 107760 -
Ağdam 45127 16351 194300 1210
Füzuli 36820 13578 144370 -
Cəbrayıl 26489 9536 118885 -
Qubadlı 21026 8392 30098 -
Zəngilan 18085 6843 34902 -
Cəmi 313129 111244 1098881 -
Az. Resp. Xüs
çəkisi %-lə
15,8 14,9 19,2 38,7

Göründüyü kimi, 1989-cu ildən başlayaraq Azərbaycan ərazilərinin işğal olunması nəticəsində 311 kənd təsərrüfatı müəssisələri, o cümlədən 145 yeni təşkil olunmuş üzümçülük-şərabçılıq, 1365 avtomobil, 3425 əkin və qoşqu troktoru, 7296 hidroqurğu, 62 su nasosu və suvarma aqreqatları, 1200 km təsərrüfatlararası suvarma kanalları, 645,5 min ha kənd təsərrüfatına yararlı torpaqlar, 185,5 min ha əkin yerləri, 40 min ha bar verən cavan üzüm plantasiyaları sıradan çıxarılmış, hər il orta hesabla 79,4 min ton taxıl, 20,5 min ton pambıq, 324, 3 min ton üzüm, 23,5 min ton kartof, və b. bitkiçilik məhsulları işğal nəticəsində toplanmamış, 313,1 min başdan çox iri buynuzlu mal-qara, o cümlədən 111, 2 min baş inək və camış, 1 milyon 98 min qoyun və keçi qarət edilmiş və həmçinin 20 min ton ət, 75,5 min ton süd, 846 ton illik heyvandarlıq məhsulları itirilmişdir.

BDU-nun İqtisadi və sosial coğrafiya kafedrası

AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ