Azərbaycan Respublikasında hərbi attaşelərin təyin olunmasına dair protokol təcrübəsi

Azərbaycan Respublikasında hərbi attaşelərin (hərbi, hərbi-hava, hərbi-dəniz, polis və onların köməkçiləri) təyin olunması Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə hərbi attaşenin təyinatına razılıq verilməsi  barədə notanın göndərilməsi vasitəsilə həyata keçirilir. Notada  hərbi attaşenin adı, soyadı, hərbi rütbəsi və  iqamətgahı barədə məlumat göstərilməlidir. Notaya hərbi attaşenin təfsilatlı (ixtisarsız) tərcümeyi-halı əlavə olunur. Tərcümeyi-halda təhsili, hansı hərbi vəzifələrdə çalışdığı, xarici dillərin bilməsi və ailə vəziyyəti barədə ətraflı məlumat qeyd olunmalıdır.

Azərbaycan Respublikasında hərbi attaşenin təyin olunmasına razılıq  ümumi qəbul olunmuş  beynəlxalq normalara və mövcud diplomatik təcrübəyə uyğun olaraq həyata keçirilir. Razılığın verilmə müddəti qarşılıqlılıq prinsipi əsasında müəyyən edilir.

Hərbi attaşenin təyin olunmasına  razılıq alındıqdan sonra hərbi attaşe bu vəzifəyə təyin olunmuş hesab edilir. Razılıq alındıqdan sonra, akkreditə edən tərəf  Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə hərbi attaşenin akkreditə edilməsi xahişi  barədə nota göndərir. 

AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ