Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin əməkdaşlarına Heydər Əliyev beynəlxalq aeroportunun mühafizə olunan məhdud girişli zonalarına giriş kartlarının verilməsi qaydaları.

Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin əməkdaşlarına Heydər Əliyev beynəlxalq aeroportunun mühafizə olunan məhdud girişli zonalarına giriş kartlarının verilməsi qaydaları.

a) Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin əməkdaşlarına Heydər Əliyev beynəlxalq aeroportunun mühafizə olunan məhdud girişli zonalarına giriş üçün imkan yaradan icazə (giriş kartları) məhz qarşılıqlı prinsip əsasında verilir.

Giriş kartları, Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin əməkdaşları üçün Azərbaycan Respublikasına səfər edən nümayəndə heyətlərinin və diplomatik kuryer xidməti əməkdaşlarının qarşılanması və yola salınması, konsulluq məsələlərinin həll olunması və s. bu kimi proseslərdə iştirak etməyə  imkan yaradır.
Heydər Əliyev beynəlxalq aeroportunun mühafizə olunan məhdud girişli zonalarına giriş kartları hər bir nümayəndəlik üçün 3 ədədə qədər olmaq şərtilə, Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin yalnız diplomatik və inzibati-texniki işçilərinə verilə bilər.

Heydər Əliyev beynəlxalq aeroportunun mühafizə olunan məhdud girişli zonalarına giriş kartlarının verildiyi şəxslər qarşılanma zamanı sərhəd zonasına, yola salınma zamanı təhlükəsizlik zonasına kimi mövcud sahələrə və eyni zamanda tranzit zonalara daxil ola bilər. Heydər Əliyev beynəlxalq aeroportunun mühafizə olunan məhdud girişli zonalarına daxil olma zamanı diplomatik nümayəndəliklərin əməkdaşları tərəfindən giriş kartları ilə bərabər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən həmin şəxslərə verilmiş akkreditə vəsiqələri də təqdim olunmalıdır.
 
b) Heydər Əliyev beynəlxalq mühafizə olunan məhdud girişli zonalarına giriş kartları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yazılı müraciətinə əsasən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsi tərəfindən verilir.

İcazənin əldə olunması üçün diplomatik nümayəndəliklər tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə verbal nota ilə müraciət edilməlidir. Notada giriş kartının veriləcəyi şəxsin adı, soyadı, tutduğu vəzifə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən həmin şəxsə verilmiş akkreditə vəsiqəsinin nömrəsi göstərilməlidir. Eyni zamanda notaya giriş kartının veriləcəyi şəxsin pasportunun və akkreditə vəsiqəsinin surəti, 4x3 ölçülü 2 ədəd rəngli fotoşəkli əlavə olunmalıdır.

Giriş kartlarının verilməsinə dair diplomatik nümayəndəliklər tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə göndərilmiş müraciətlərin baxılma müddəti 14 iş günüdür.

Kartlar diplomatik nümayəndəliklərin hər bir əməkdaşına Heydər Əliyev beynəlxalq aeroportunda yerləşən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsinin buraxılış bürosunda şəxsən verilir.

Heydər Əliyev beynəlxalq aeroportunun mühafizə olunan məhdud girişli zonalarına giriş kartları bir il müddətinə verilir. Giriş kartlarının hazırlanması ilə əlaqədar “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsinin xərclərinin maya dəyəri diplomatik nümayəndəliklər tərəfindən ödənilməlidir.

AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ