Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin sənədlərinin qəbul edilməsi qaydaları.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin sənədlərinin qəbul edilməsi qaydaları.

Azərbaycan Respublikasındakı bütün diplomatik nümayəndəliklər tərəfindən sənədlər rəsmi olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ümumi Katibliyinə təhvil verilməlidir.

Xarici İşlər Nazirliyinin Ümumi Katibliyi tərəfindən sənədlər bayram və istirahət günləri istisna olmaqla, hər həftənin bazar ertəsi - cümə günləri saat 09.00 - dan 13.00 - dək qəbul olunur.  
 
Sənədlər təhvil verilərkən, diplomatik nümayəndəliyin əməkdaşı Xarici işlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən ona verilmiş akkreditə vəsiqəsini Ümumi Katibliyin sənədləri qəbul edən əməkdaşına mütləq qaydada təqdim etməlidir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunmayan şəxslər tərəfindən təqdim olunan sənədlər qəbul edilmir.

Sənədlər qəbul edildikdən sonra, Ümumi Katibliyin əməkdaşı tərəfindən diplomatik nümayəndəliyin əməkdaşına sənədin qəbul olunduğu vaxt və tarix göstərilməklə müvafiq qəbz təqdim olunur.

Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər tərəfindən sənədlərin poçt-kuryer şirkətləri vasitəsilə göndərilməsi tövsiyyə olunmur.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, həmçinin digər dövlət təşkilatları və idarələrə ünvanlanmış sənədlər (notalar, məktublar, müraciətlər və s.) mütləq qaydada həmin sənədlərin Azərbaycan Respublikasının dövlət dili - Azərbaycan dilinə qeyri-rəsmi tərcüməsi ilə birlikdə göndərilməlidir. Azərbaycan dilinə qeyri-rəsmi tərcüməsi olmayan sənədlərə baxılmır və həmin sənədlər qəbul edilməyərək, geri qaytarılır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ümumi Katibliyi ilə  əlaqə üçün məlumat:

Ünvan:  AZ1009, Bakı şəhəri, Ş.Qurbanov küç., 4

Telefon:              + 994 (12) 5969118      
                             + 994 (12) 5969157