Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşlarının və fəxri konsulların Azərbaycan Respublikasının ərazisində hərəkət etmələrinə dair

 Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşlarının və fəxri konsulların Azərbaycan Respublikasının ərazisində hərəkət etmələrinə dair

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndəliklərinin (bundan sonra - diplomatik nümayəndəliklər) əməkdaşları, onların ailə üzvləri və fəxri konsullar Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş əraziləri və Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xətti boyu bölgələr istisna olmaqla, Azərbaycan Respublikasının bütün ərazisində qarşılıqlılıq prinsipi əsasında sərbəst hərəkət etmə imkanına malikdirlər. 

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşları, onların ailə üzvləri və fəxri konsullar sərhəd bölgələrinə səfər edərkən onlar tərəfindən öncədən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi ilə məsləhətləşmələrin aparılması tövsiyyə olunur.   

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşları və fəxri konsullar rəsmi görüşlər keçirmək və yaxud rəsmi tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycan Respublikasının hər hansı bir bölgəsinə səfər edərkən, yerli idarəetmə orqanlarının nümayəndələri ilə rəsmi görüşlərin təşkil olunması üçün nəzərdə tutulmuş səfərdən 7 iş günü əvvəl Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə nota ilə yazılı müraciət olunmalıdır.