Diplomatik nümayəndəliklərin əməkdaşlarının və ya onların ailə üzvlərinin şəxsi istifadəsi üçün idxal olunan mobil cihazların qeydiyyata alınması qaydaları



Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Diplomatik Münasibətlər Haqqında Vyana Konvensiyası”nın 36-cı bəndini nəzərə alaraq, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndəliklərinin əməkdaşlarının və ya onların ailə üzvlərinin şəxsi istifadəsi məqsədilə idxal edilən mobil cihazların mövcud qaydalara uyğun qeydiyyata alınması üçün həmin əməkdaşlara aid diplomatik vəsiqənin (İD kart), həmçinin onların ailə üzvləri olduğunu təsdiq edən sənədlərin notaya əlavə olunan formaya uyğun şəkildə doldurulub Xarici İşlər Nazirliyi vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim olunmasını xahiş edir.