Xarici ölkələrdə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu

Üç aydan artıq xarici ölkədə yaşayan (bundan sonra: müvəqqəti yaşayan) Azərbaycan Respublikasının vətəndaşları  işlədikləri, təhsil aldıqları, müalicə olunduqları və ya yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının konsulluğunda uçota alınırlar. 

Uçot zamanı uçot vərəqəsi (Əlavə 2) doldurulur və xarici ölkədə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədinin kserosurəti əlavə olunur

Azərbaycan Respublikasının vətəndaşı xarici ölkədə müvəqqəti yaşayış müddətinin bitməsi ilə əlaqədar xarici ölkəni tərk etdiyi tarixdən sonra onun uçot vərəqəsi 2 il saxlanılır və sonra müvafiq akt tərtib edilərək, ləğv edilir.