Xarici ölkələrdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotdan çıxarılması

Xarici ölkələrdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları uçota alındıqları konsulluq dairəsində daimi yaşayış uçotundan çıxmaq üçün müraciət etdikləri, onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildiyi, vəfat etdikləri, barələrində itkin düşmə və ya vəfat etmə haqqında məhkəmənin qərarı olduğu hallarda “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə uçotdan çıxarılırlar. 

Uçotdan çıxarılma zamanı, uçot vərəqəsində uçotdan çıxarılmanın səbəbləri və tarixi barədə qeyd yazılır və uçot kartoçkası uçotdan çıxarılmış şəxslər üçün nəzərdə tutulan qovluqda saxlanılır.

Uçotdan çıxarılmış vətəndaşların uçot vərəqələri 2 il saxlanılır və sonra müvafiq akt tərtib edilərək, ləğv edilir.