Xarici ölkələrdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hərbi uçotu

Azərbaycan Respublikasının konsulluğu xarici ölkələrdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hərbi uçotunu aparır, kişi cinsindən olan 18 yaşına çatmış vətəndaşların həqiqi hərbi xidmətə çağırılmaları məqsədilə onların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli idarə, şöbə və bölməsinə gəlmələrini təmin edir. Həmin vətəndaşlar üçün doldurulmuş uçot vərəqəsində hərbi vəzifəlilər üçün “hərbi vəzifəli”, çağırışçılar üçün “çağırışçı” qeydləri edilir. 

18 yaşına çatmış çağırışçıların siyahısı tərtib edilir və həmin siyahı ildə iki dəfə (martda və sentyabrda) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilir.