Xarici ölkələrdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu

Xarici ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş müvafiq sənəd əsasında həmin ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının konsulluğunda uçota alınırlar.

Uçot zamanı uçot vərəqəsi (Əlavə 1) doldurulur, uçota alınan vətəndaşın rəngli fotoşəkili (3,5 x 4,5 ölçülü) uçot vərəqəsinə yapışdırılır və həmin vətəndaşın şəxsiyyətini və xarici ölkədə daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədlərin kserosurətləri əlavə olunur.