2020-03-15

No:054/20, AR XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırır

Sual: Ermənistan XİN-i açıqlama ilə çıxış edərək, yenidən tarix və demokratiya məsələlərində Azərbaycana qarşı ittihamlar səsləndirdi. Bu mövzuda nə deyə bilərsiniz?

Cavab: Ermənistan tərəfinin tarix və demokratiya məsələlərində Azərbaycana hər hansı iddia irəli sürməyə heç bir əsası yoxdur. Bu utanmazlığın və ikiüzlülüyün yüksək həddidir. Silahlı təcavüz və qanlı etnik təmizləmə həyata keçirərək on illər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdə birini işğal altında saxlayan, vicdanında Xocalı qətliamı da daxil olmaqla, on minlərlə mülki şəxsin günahsız ölümü və yüz minlərlə insanın viran edilmiş taleyi olan, öz evlərindən zorla didərgin salınmış insanların doğma torpaqlarına geri qayıtmalarına imkan verməyən bir ölkənin demokratiya və insan hüquqlarından danışmağa nə mənəvi, nə də hüquqi əsas yoxdur. Ermənistanın beynəlxalq humanitar hüququn əsas normalarını və çoxsaylı beynəlxalq öhdəliklərini kobud şəkildə pozduğu, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilməsinin vacibliyi beynəlxalq ictimaiyyətə yaxşı bəllidir.

Ermənistan XİN-in bizi hörmətcil tonun olmamasında ittiham etməyə cəhd göstərməsinə gəldikdə isə vurğulamaq istərdik ki, qarşı tərəfdə hörmətə layiq olan və ciddi subyekt olduğu təqdirdə tonumuz da hörmətcil olacaq.

_________

Вопрос: МИД Армении, выступив с очередным комментарием, вновь озвучил обвинения против Азербайджана по вопросам истории и демократии. Что Вы можете сказать в этой связи?

Ответ: У армянской стороны нет никакого права обвинять Азербайджан по вопросам истории и демократии. Это предел цинизма и лицемерия. Страна, которая, осуществив агрессию и кровавые этнические чистки, на протяжении десятилетий продолжает держать под оккупацией 1/5 часть международно признанных территорий Азербайджана, на совести которой гибель десятков тысяч невинных гражданских лиц, включая жертв Ходжалинской резни, и сотни тысяч загубленных судеб, которая не позволяет вернуться на родные земли людям насильственно изгнанным из своих домов, не имеет ни морального, ни юридического основания говорить о демократии и правах человека. Международному сообществу хорошо известно о грубом попрании Арменией основополагающих норм международного гуманитарного права и её многочисленных международных обязательств, не говоря уже о необходимости имплементации известных резолюций Совета Безопасности ООН.

В отношении отсутствия уважительного тона, в чём пытается уличить нас армянский МИД, хотели бы подчеркнуть, что наш тон будет уважительным в том случае, если противоположная сторона будет достойным уважения и серьёзным субъектом.

Arxiv üzrə axtarış

xin diplomatic service