2020-02-27

No:047/20, Nazir Elmar Məmmədyarov Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkilini qəbul edib

Xarici İşlər naziri Elmar Məmmədyarov Çilinin ölkəmizdəki müvəqqəti işlər vəkili Qabriel Xaranı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Çilinin Azərbaycanda fəaliyyət göstərən ilk diplomatı olmasından fəxr etdiyini bildirən Q.Xara diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

Görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi apardılar. Bu xüsusda, tərəflər iqtisadi, kənd təsərrüfatı və innovasiyalar sahəsində layihələrin həyata keçirilməsinin mümkünlüyünü müzakirə etdilər.

Nazir Elmar Məmmədyarov çilili diplomatı münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzu etdi.

 

Arxiv üzrə axtarış

xin diplomatic service