2020-02-10

No:027/20, Xarici İşlər naziri Elmar Məmmədyarov Macarıstan Xarici İşlər və Ticarət naziri Peter Siyarto ilə görüşüb

Vyanada keçirilən Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda iştirakı çərçivəsində Xarici İşlər naziri Elmar Məmədyarov Macarıstandan olan həmkarı Peter Siyarto ilə görüşüb.

Nazirlər iki ölkə arasındakı əməkdaşlıq məsələlərini, o cümlədən iqtisadi, enerji, kənd təsərrüfatı və digər sahələrdə  qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

Azərbaycanın NATO ilə tərəfdaşlıq məsələlərinə toxunan tərəflər, bu xüsusda Macarıstanın  Azərbaycandakı Səfirliyinin əlaqələndirici vəzifələrini yerinə yetirdiyini məmnunluqla qeyd ediblər. Macarıstan naziri, bu xüsusda Əlaqələndirici Səfirlik qismində fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb.

Görüş zamanı Nazirlər, həmçinin beynəlxalq gündəlikdə duran məsələlər, o cümlədən regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Arxiv üzrə axtarış

xin diplomatic service