2020-01-19

No:006/20, 17 yanvar 2020-ci il tarixində Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilmiş konfrans keçirilib

Konfransda Xarici İşlər naziri Elmar Məmmədyarov, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi – Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ADA Universitetinin rektoru Hafiz Paşayevin açılış nitqləri ilə başlayan konfransda, Xarici İşlər Nazirliyinin rəhbər heyəti, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbər və nümayəndələri, ADA müəllim və tələbə heyəti iştirak ediblər.

Konfrans zamanı keçirilən panel müzakirələrində AMEA, Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə Doktoru Elnur Kəlbizadə, ADA Universitetinin Professorları Ferit Murat Ozkaleli və Gülməmməd Məmmədov 20 Yanvar hadisələrinin tarixi və siyasi aspektlərindən bəhs edərək, bu hadisələrin Azərbaycanın müstəqillik tarixində kəsb etdiyi əhəmiyyəti vurğuladılar. Həmçinin tədbir zamanı 20 Yanvar hadisələrinə Azərbaycan gəncliyinin gözü ilə baxış tələbələrin çıxışlarında öz əksini tapdı.

Tədbir zamanı ADA Universitetində təhsil alan, o cümlədən xarici tələbələri tərəfindən hazırlanan videoçarx, habelə Xarici İşlər Nazirliyi nəzdindəki Diplomatiya könüllüləri tərəfindən 20 Yanvar qurbanlarının xatirəsinə həsr edilən videçarx nümayiş edildi.

Arxiv üzrə axtarış

xin diplomatic service