2019-12-13

No:401/19, AR XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırır (Az/Ru)

Sual: Ermənistan XİN-in mətbuat katibi Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun CBC kanalına verdiyi müsahibəsi ilə bağlı  “Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda münaqişənin tənzimlənməsi ilə bağlı hər hansı sənəd müzakirə olunmur” açıqlamasını verib. Buna münasibət bildirməyinizi xahiş edirik.

Cavab: Xarici İşlər naziri Elmar Məmmədyarovun CBC televiziya kanalına verdiyi müsahibəsinə münasibətdə Yerevanın reaksiyası olduqca qəribədir. Belə çıxır ki, sanki Elmar Məmmədyarovun erməni həmkarı bir il yarımdır ki, Azərbaycan Xarici İşlər naziri və həmsədrlərlə görüşlərə çay içməyə gəlir. Bu ən azı qeyri-ciddidir. Anlamaq olar ki, Ermənistan Xarici İşlər naziri ölkə daxili neqativ reaksiyadan çox qorxur, çünki ondan, nazir Elmar Məmmədyarovun sözügedən müsahibəsində etdiyi kimi, mahiyyət üzrə açıqlama tələb oluna bilər. Əslində,  müsahibə elə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “əhalini sülhə çağırmaq” çağırışı kontekstində nəzərdən keçirilməlidir.

---

Начальник Управления пресс-службы МИД Азербайджана Лейла Абдуллаева отвечает на вопрос СМИ

Вопрос: Официальный представитель МИД Армении, комментируя интервью министра иностранных дел Азербайджана Эльмара Мамедъярова телеканалу «СВС», заявила, что «на данном этапе никакой документ не обсуждается» в ходе переговоров по урегулированию конфликта между Арменией и Азербайджаном. Пожалуйста, выразите своё отношение к этому.

Ответ: Реакция Еревана на интервью министра иностранных дел Эльмара Мамедъярова телеканалу «CBC» чрезвычайно странна. Получается, что армянский коллега Эльмара Мамедъярова вот уже полтора года приезжает на встречи с главой МИД Азербайджана и сопредседателями, чтобы попить чаю. Это как минимум несерьёзно. Понятно, что министр иностранных дел Армении очень боится внутреполитической негативной реакции, так как у него могут потребовать разъяснений по сути того, что министр Эльмар Мамедъяров сказал в данном интервью. В действительности, интервью следует рассматривать в контексте призыва сопредседателей Минской группы ОБСЕ о «подготовке населения к миру».

Arxiv üzrə axtarış

xin diplomatic service