2019-12-13

No:400/19, Xarici işlər naziri Elmar Məmmədyarov Latviya Seyminin (Parlament) sədri xanım İnara Murniese ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində Latviya Seyminin sədri xanım İnara Murniese ilə görüşdü.

Görüş zamanı Azərbaycan-Latviya parlamentləri arasında mövcud olan əməkdaşlıq yüksək qiymətləndirildi və əməkdaşlığın gələcək perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparıldı.

Görüşdə, həmçinin Baltik ölkələri regional əməkdaşlıq formatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) arasında əməkdaşlıq imkanları ətrafında müzakirələr aparıldı.

Azərbaycanın NATO ilə əməkdaşlığına diqqəti cəlb edən xanım İnara Murniese, Azərbaycanın NATO-nun Qətiyyətli Dəstək əməliyyatına mühüm töhfə verdiyini məmnunluqla qeyd etdi.

İkitərəfli formatla yanaşı, Azərbaycan və Latviyanın beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı qeyd olundu.

Latviya Seyminin (Parlament) sədri "Şərq Tərəfdaşlığı" proqramı formatının Latviyanın xarici siyasət prioritetlərindən biri olduğunu və ölkəsinin Azərbaycanla bu çərçivədə hərtərəfli əməkdaşlığı dəstəklədiyini bildirdi.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
 

Arxiv üzrə axtarış

xin diplomatic service