2019-12-12

No:397/19, Xarici işlər naziri Elmar Məmmədyarov Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində Latviyanın Xarici İşlər naziri Edqars Rinkeviçs ilə görüşdü.

Görüşdə Azərbaycan və Latviya arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunuq ifadə olundu və gələcək inkişaf perpektivlərinə dair ətraflı fikir mübadiləsi aparıldı.

Görüş zamanı tərəflər iqtisadi, ticarət, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdilər, eləcə də Azərbaycan Respublikası və Latviya Respublikası arasında tezliklə hökumətlərarası birgə əməkdaşlıq komissiyasının iclasının keçirilməsi barəsində razılıq əldə etdilər.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Latviya arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində, eləcə də Avropa İttifaqı ilə səmərəli əməkdaşlığın olduğunu qeyd edərək,  ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirdi.

Edqars Rinkeviçs iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və siyasi dialoqun davamlı şəkildə aparılması məqsədilə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğuladı. 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin son vəziyyəti barədə həmkarına məlumat verən nazir Elmar Məmmədyarov Latviyanın ikitərəfli və çoxtərəfli müstəvilərdə münaqişənin nizamlanması ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dəstəkləməsinin yüksək qiymətləndirildiyini bildirdi.

Edqars Rinkeviçs Latviyanın münaqişənin sülh yolu ilə beynəlxalq hüququn prinsipləri, xüsusilə ərazi bütövlüyü və suverenlik əsasında həllini dəstəklədiyini diqqətə çatdırdı.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdən sonra Azərbaycan və Latviya Xarici İşlər Nazirlərinin mətbuat konfransı keçirildi.

Daha sonra hər iki Xarici İşlər nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyərlərinin iştirakı ilə “Azadlıq” abidəsinin önündə əklil qoyma mərasimi keçirilib. Mərasimdə

Latviya ve Azerbaycan himnləri səslənmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service