Dövlət rüsumunun ödənilməsindən azadolmalar

DÖVLƏT RÜSUMUNUN ÖDƏNİLMƏSİNDƏN AZADOLMALAR

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 17.2.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasına gələn aşağıdakı kateqoriyadan olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə viza verilməsinə görə dövlət rüsumu tutulmur:

- Dövlət nümayəndə heyəti üzvləri və rəsmi şəxslər;
- Azərbaycan Respublikasında beynəlxalq humanitar təşkilatları təmsil edənlər;
- Dövlət xətti ilə təhsil alan və pedaqoji fəaliyyət göstərənlər;
- Müdafiə xətti ilə səfər edənlər.

Aşağıda qeyd olunan ölkələrin vətəndaşlarına müvafiq qaydada rüsumsuz viza rəsmiləşdirilir:

  1. Yaponiyanın ümumvətəndaş pasportuna malik vətəndaşlarına - 30 gün müddətinə;
  2. Pakistan İslam Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşlarına 15 gün müddətinə;

“Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sədələşdirilməsi haqqında” Sazişin 6-cı maddəsinə əsasən, viza ərizələrinə baxılması üçün rüsumlar aşağıdakı bəndlərə uyğun tətbiq edilir:

  • Viza ərizələrinə baxılması üçün rüsumun məbləği 35 avrodur. Qeyd olunan məbləğə Sazişin 14(4) maddəsində müəyyən edilmiş prosedura uyğun olaraq yenidən baxıla bilər.
  • 3-cü bəndə xələl gətirmədən, aşağıdakı kateqoriyalardan olan şəxslər viza ərizəsinə baxılması üçün rüsumdan azad edilirlər:
  1. Azərbaycan Respublikasının ərazisində qanuni yaşayan Avropa İttifaqı vətəndaşlarının və ya Üzv Dövlətlərdə qanuni yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və ya vətəndaşı olduğu Üzv Dövlətin ərazisində yaşayan Avropa İttifaqı vətəndaşlarının və ya Azərbaycan Respublikasının ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının yaxın qohumları - ər və ya arvad, uşaqlar (övladlığa götürülənlər də daxil olmaqla), valideynlər (qəyyumlar da daxil olmaqla), babalar, nənələr və nəvələr;
  2. Üzv Dövlətlər, Avropa Ittifaqı və ya Azərbaycan Respublikasına ünvanlanmış rəsmi dəvətnaməyə əsasən rəsmi görüşlərdə, məsləhətləşmələrdə, danışıqlarda və ya mübadilə proqramlarında, eləcə də hökumətlərarası təşkilatlar tərəfindən Azərbaycan Respublikasının və ya Üzv Dövlətlərdən birinin ərazisində təşkil edilən tədbirlərdə iştirak edəcək rəsmi nümayəndə heyətlərinin üzvləri, о cümlədən daimi üzvləri;
  • mübadilə proqramları da daxil olmaqla, təhsil və ya təlim kursları, eləcə də məktəblə bağlı digər fəaliyyət məqsədləri ilə səyahət edən şagirdlər, tələbələr, doktorantlar və müşayiət edən müəllimlər;
  • fəaliyyət qabiliyyəti olmayan şəxslər və zəruri hallarda, onları müşayiət edən şəxslər;
  • beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər;
  • universitet və digər mübadilə proqramları da daxil olmaqla elmi, mədəni və incəsənət tədbirlərində iştirak edən şəxslər;
  • təcili tibbi müalicə almaq, yaxud qohumunun dəfn mərasimində iştirak etmək və ya ciddi xəstə olan yaxın qohumunu ziyarət etmək daxil olmaqla, humanitar əsasda səyahətlərinin zəruriliyini sübut edən sənədləri təqdim edən şəxslər və belə şəxsləri müşayiət edənlər;
  • mübadilə proqramları da daxil olmaqla təhsil kursları, seminarlar, konfranslar məqsədi ilə səyahət edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri;
  • təqaüdçülər;
  • 12 yaşınadək olan uşaqlar;
  • jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət;

    Üzv Dövlət və ya Azərbaycan Respublikası vizanın rəsmiləşdirilməsi üçün kənar xidmət təchizatçısı ilə əməkdaşlıq etdiyi halda, kənar xidmət təchizatçısı xidmətlər üçün rüsum ala bilər. Bu rüsum kənar xidmət təchizatçısı tərəfindən öz işlərinin icrası zamanı üzləşdiyi xərclərə mütənasib olmalı və 30 avrodan artıq olmamalıdır. Üzv Dövlətlər və Azərbaycan Respublikası ərizəçilərə öz ərizələrini birbaşa onların konsulluqlarına təqdim etmək imkanını saxlamalıdır.

    İttifaq üçün, kənar xidmət təchizatçısı öz əməliyyatlarını Viza Məcəlləsinə uyğun və Azərbaycan Respublikasının qanunvericiliyinə tam riayət etməklə həyata keçirir.

    Azərbaycan Respublikası üçün, kənar xidmət təchizatçısı öz əməliyyatlarını Azərbaycan Respublikasının və Üzv Dövlətlərin qanunvericiliyinə uyğun olaraq həyata keçirir.

Arxiv üzrə axtarış

xin diplomatic service