BƏƏ

Waving Flag of the United Arab Emirates (Animated Gif)

Birləşmiş Ərəb Əmirlikləri

 

Dövlət başçısı (Prezident): Əlahəzrət Şeyx Xəlifə bin Zayed Əl Nəhyan 

Baş Nazir: Şeyx Məhəmməd bin Raşid Əl Məktum

Parlament (Milli Federal Şura) Sədrixanım Amal Əl-Qubeysi

Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri: Şeyx Abdullah bin Zayed Əl Nəhyan

 

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri: cənab Mahir Əliyev

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı səfiri: cənab Məhəmməd Əhməd Əl-Qubaisi   

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi saytı: http://abudhabi.mfa.gov.az

 

İkitərəfli münasibətlər

Birləşmiş Ərəb Əmirlikləri ilk dövlətlərdən biri olaraq 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Azərbaycan ilə BƏƏ arasında diplomatik əlaqələr 1992-ci ilin 01 sentyabr tarixində qurulmuşdur.   1994-cü ilin 13 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev İKT üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Mərakeşin Kasablanka şəhərində keçirilmiş zirvə toplantısı çərçivəsində BƏƏ Prezidenti Əlahəzrət Şeyx Zayed bin Sultan Əl Nəhyanla görüşmüşdür.

2014-cü ilin 17-18 noyabr tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və BƏƏ Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın 5-ci iclası keçirilmişdir.

1-3 aprel 2015-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti və Baş Naziri, Dubayın Hökmdarı Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum Azərbaycan Respublikasına rəsmi səfər etmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.

1-2 fevral 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BƏƏ-də rəsmi səfərdə olmuşdur.

2016-cı ilin 18-20 noyabr tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab E.Məmmədyarov BƏƏ-nin paytaxtı Əbu Dabidə keçirilmiş növbəti üçüncü 7-ci Sir Bəni Yas forumunda iştirak etmişdir.

2017-ci ilin 19-20aprel tarixlərində Dubay şəhərində Azərbaycan Respublikası Hökuməti və BƏƏ Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası keçirilmişdir.

21 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ər-Riyadda keçirilən Ərəb-İslam-Amerika Sammitində iştirakı çərçivəsində Əbu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşmüşdür.

22 may 2017-ci il tarixində BƏƏ Xarici İşlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasında səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş və Xarici İşlər naziri cənab Elmar Məmmədyarov ilə görüşmüşdür.

4 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev Azərbaycanda keçirmiş Qoşulmama Hərəkatının nazirlər toplantısında iştirak edən Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə dövlət naziri Ənvər Qarqaşın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

5 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə dövlət naziri cənab Ənvər Qarqaşı qəbul etmişdir.

18 iyun 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi xarici ölkələrə səfər edən ölkə vətəndaşları üçün səyahət qadağasında BƏƏ vətəndaşlarına Dağlıq Qarabağa siyasi səbəblərə görə səfər etməsi qadağan edilmişdir.

2019-cu ilin 18 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “OPEC plus” ölkələrinin iclasında iştirak edən Birləşmiş Ərəb Əmirliklərinin Enerji və Sənaye naziri cənab Suheyl Məhəmməd Əl-Məzrouni qəbul etmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

2014-cü ilin 09-11 mart tarixlərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti BƏƏ-nin Əbu Dabi şəhərində rəsmi səfərdə olmuşdur. Səfər zamanı nümayəndə heyəti “Müsəlman Cəmiyyətlərində Sülhün Təşviqi” adlı beynəlxalq forumda iştirak etmişdir.

2016-cı ilin 12-13 oktyabr tarixlərində İnsan hüquqları üzrə müvəkkil E.Süleymanova BƏƏ-də səfərdə olmuşdur. 

 

Müqavilə və Hüquq bazası

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 29 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

2014

61 147.23

4 322.66

65 469.89

2015

66 669.69

5 613.73

72 283.42

2016

57 793.67

11 578.12

69 371.79

2017

22 795.04

16 700.06

39 495.1

2018

32 290.82

22 103.83

54 394.65

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi+ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

 

Azərbaycandan ixrac olunan məhsullar: mühərrik benzinləri, turbovintli mühərriklər, neft-qaz buruqlarının qazılması üçün borular.

BƏƏ-dən idxal olunan məhsullar: mühərrik yağları, kimyəvi məhsullar, poliefirlər, dəmir və polad borular, qara metallardan konstruksiyalar, kənd təsərrüfatı üçün çiləyici və tozlandırıcı mexaniki qurğular, üzən və ya su altında işləyən qazma və ya istismar platformaları, yer və tunelqazan maşınların hissələri

 

Müştərək Komissiya

Adı: Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiya

Yaranma tarixi: 21 may 2008-ci il.

Sonuncu iclasın tarixi: 19-20 aprel 2017-ci il tarixləri arasında Dubay şəhərində Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiya 6-cı iclası keçirilmişdir.

 

Arxiv üzrə axtarış

xin diplomatic service