Qvatemala

Waving Flag of Guatemala (Animated Gif)

Qvatemala Respublikası

 

Prezident: Zati-aliləri cənab Cimmi Morales

Baş Nazir: cənab Jafeth Cabrera

Parlamentin Sədri : cənab Alvaro Arzu Escobar

Xarici İşlər naziri: xanım Sandra Jovel

 

İkitərəfli münasibətlər

1 noyabr 1994-cü ildə Azərbaycanla Qvatemala arasında diplomatik əlaqələr qurulmuşdur. Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyi eyni zamanda Qvatemala Respublikasında akkreditə olunmuşdur. 2017-ci ilin 27 oktyabr tarixində Qvatemala Respublikasının  Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lars Henrik Pira Peres eyni zamanda Azərbaycan Respublikasına akkreditə olunmuşdur.

 

Parlamentlərarası əlaqələr

2015-ci ilin 6 oktyabr tarixində Qvatemala Konqresində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımını tanıyan 2-2015 saylı Qətnamə qəbul edilmişdir.

 

Muqavilə-hüquq bazası

Azərbaycan Respublikası və Qvatemala Respublikası arasında 1 sənəd imzalanmışdır.

 

 

Arxiv üzrə axtarış

xin diplomatic service