Monteneqro

Waving Flag of Montenegro (Animated Gif)

Monteneqro

 

Prezident: Zati-aliləri cənab Milo Cukanoviç    

Baş Nazir: cənab Duşko Markoviç   

Parlament Sədri: cənab İvan Brayoviç

Xarici İşlər naziri: cənab Srdcan Darmanoviç  

Azərbaycan Respublikasının Monteneqrodakı səfiri (iqamətgah Belqrad olmaqla): cənab Eldar Həsənov

            

İkitərəfli münasibətlər

Azərbaycan Respublikası Monteneqronun müstəqilliyini 24 iyul 2006-cı ildə tanımış və 24 aprel 2008-ci il tarixində Azərbaycan Respublikası və Monteneqro arasında diplomatik əlaqələr qurulmuşdur. 

24 aprel 2012-ci il tarixində Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyi açılmışdır. 28 mart 2015-ci il tarixindən Monteneqronun Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri  Branko Miliçdir (iqamətgahı Ankarada olmaqla).2018-ci ilin 20 dekabr tarixində Monteneqro hökuməti Bakıda Diplomatik Nümayəndəliyin açılmasına dair qərar qəbul etmişdir.9 aprel 2019-cu il tarixlərində Monteneqronun Azərbycan Respublikasındakı diplomatik nümayəndəliyi fəaliyyətə başlamışdır. Hazırda Jelko Raduloviç Monteneqro  Səfirliyinin müvəqqəti işlər vəkili olaraq fəaliyyət göstərir.

                                                             

Ali və yüksək səviyyəli səfərlər

12 iyun 2015-ci il tarixində Monteneqronun Prezidenti  Filip Vuyanoviç Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur.                                                     

9 mart 2016-cı il tarixində Monteneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur.                                                

14-19 mart 2017-ci il tarixlərində Monteneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur.                                                      

14-16 mart 2019-cu il tarixlərində Monteneqronun Prezidenti Milo Cukanoviç  Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur.

Baş Nazirlərin səfərləri

27-28 oktyabr 2015-ci il tarixlərində Monteneqronun Baş Naziri Milo Cukanoviç Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.                                                                      

Xarici İşlər nazirlərin səfərləri

1-3 noyabr 2017-ci il tarixlərində Monteneqronun Xarici İşlər naziri Srdcan Darmanoviç Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur.

 

Humanitar sahədə əməkdaşlıq

2013-cü ildə Azərbaycanın dəstəyi Podqoritsa şəhərində Kral parkında yenidənqurma, abadlaşdırma işləri aparılmış və bu parkda dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin büstü ucaldılmışıdır.

2013-cü ildə Podqoritsanın küçələrinin birinə Bakı adı verilmiş və həmin küçədə Azərbaycanın dəstəyi ilə yenidənqurma, abadlaşdırma işləri aparılmışdır.

2013-cü ildə Azərbaycanın dəstəyi ilə Monteneqronun Biyelo Polye şəhərində Duşo Basekiç adına uşaq bağçası inşa edilmişdir.

 

Müqavilə hüquq bazası

İki ölkə arasında 17 sənəd imzalanmışdır.

 

Azərbaycan ilə Monteneqro arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

İllər

İdxal

İxrac

Ticarət Dövriyyəsi

Saldo

2014

0,4

84,9

85,3

84,5

2015

0,5

3,8

4,3

3,3

2016

0,1

16,5

16,6

16,4

2017

117,9

24,3

142,2

93,6

2018

31,2

 

0

31,2

0

             

Azərbaycana Monteneqrodan idxal: dərman vasitələri

Azərbaycandan Monteneqroya ixrac: reaktiv yanacaq

 

İqtisadi sahə üzrə qüvvədə olan əsas sazişlər

Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş. Bakı, 16 sentyabr 2011.

Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş. Bakı, 16 sentyabr 2011.

Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 16 sentyabr 2011.

Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında beynəlxalq kombinə  edilmiş daşımalar haqqında Saziş. Çetinye, 12 mart 2013

Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın  aradan qaldırılması  və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya və onun Protokolu. Çetinye, 12 mart 2013

Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının Protokolu. Podqoritsa, 5 mart 2014.

Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş. Bakı, 28 oktyabr 2015

 

Hökumətlərarası Birgə Komissiya

2014-cü ilin 5 mart tarixində, Monteneqronun Podqoritsa şəhərində Azərbaycan və Monteneqro iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının ilk toplantısı baş tutmuşdur.

 

 

Arxiv üzrə axtarış

xin diplomatic service