İspaniya

Waving Flag of Spain (Animated Gif)

İspaniya Krallığı

           

Dövlət başçısı: Əlahəzrət Kral VI Felipe (19 iyun 2014-cü ildən İspaniya Kralıdır.)

Hökümətin Prezidenticənab Pedro Sançes Peres-Kastexon

Vitse-Prezident: xanım Karmen Kalvo Poyato

Senatın Sədri: cənab Pilar Yop Kuenka

Deputatlar Konqresinin Sədri: xanım Meriçel Batet Lamanya      

Xarici işlər, Avropa İttifaqı və Əməkdaşlıq naziri: cənab Yosep Borrel Fonteyes

(hazırda İspaniyanın Xarici işlər, Avropa İttifaqı və Əməkdaşlıq naziri vəzifəsini icra edir). Avropa İttifaqı Şurasının (European Council) 2019-cu il 31 iyul tarixli qərarı ilə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi təyin edilmişdir.

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri: cənab Anar Məhərrəmov

Azərbaycan Respublikasının  Səfirliyinin rəsmi internet səhifəsi: www.madrid.mfa.gov.az

 

İkitərəfli münasibətlər

İspaniya Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə  arasında diplomatik münasibətlər 11 fevral 1992-ci ildə qurulmuşdur.   

11 mart 2005-ci il tarixində Azərbaycan Respublikasının İspaniya Krallığında (Madrid şəhərində) Səfirliyi təsis edilmişdir.

5 may 2014-cü il tarixində İspaniya Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin müvafiq qərarı ilə, iqamətgahı Ankarada olan İspaniya Səfirliyinin Bakı şəhərində nümayəndəliyi açılmışdır.

İki ölkə arasında dostluq, qarşılıqlı hörmət və dəstək əsasında qurulmuş münasibətlər siyasi müstəvidə yüksək səviyyədədir.

2016-cı ilin iyunun 8-də Azərbaycanın İspaniyadakı səfiri cənab Anar Məhərrəmovun bu ölkənin xarici işlər və əməkdaşlıq naziri cənab Xose Manuel Qarsia-Marqallo ilə görüşü zamanı ispaniyalı nazir Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son dövrlərdə (2016-cı ilin aprel döyüşləri) baş verənlərin narahatlıq doğurduğunu bildirərək İspaniyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişilməz olduğunu, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulamışdır.

1 oktyabr 2017-ci il tarixində Kataloniyada separatçı qüvvələr tərəfindən qanunsuz “referendum” keçirilməsindən sonra bu məsələdə bir çox Avropa İttifaqı ölkələri və digər dünya dövlətləri İspaniya Hökumətinə açıq dəstəklərini ifadə etmişlər. Həmçinin AR XİN Azərbaycan Respublikasının İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bəyan etmişdir.

 

Siyasi məsləhətləşmələr

İki ölkənin Xarici İşlər Nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsi əlaqələrin inkişafında mühüm yer tutur.

13 iyun 2019-cu il tarixində Bakı şəhərində İspaniya-Azərbaycan XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi nazir müavinləri səviyyəsində keçirilmişdir.

Azərbaycan nümayəndə heyətinə nazir müavini Ramiz Həsənov, İspaniya tərəfindən dövlət katibi - Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirinin müavini vəzifəsini icra edən Fernando Martin Valensuela Marso (Fernando Martín Valenzuela Marzo) başçılıq etmişdilər. Səfər zamanı “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır.

 

Ali və yüksək səviyyəli səfərlər

Xarici İşlər nazirləri

4-5 iyun 2007-ci il tarixində İspaniyanın xarici işlər və əməkdaşlıq naziri və ATƏT-in fəaliyyətdə olan sədri  M.A.Moratinos Azərbaycanda səfərdə olmuşdur. 

15-17 iyun 2011-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri cənab E.Məmmədyarov İspaniya Krallığına rəsmi səfər etmişdir.      

22-24 aprel 2014-cü il tarixində İspaniyanın xarici işlər və əməkdaşlıq naziri X.M.Qarsiya-Marqallo Azərbaycanda rəsmi səfərdə olmuşdur.

25-27 aprel 2016-cı il tarixində İspaniyanın xarici işlər və əməkdaşlıq naziri X.M.Qarsiya-Marqayo BMT-in Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olmuşdur.

 

Humanitar sahədə əməkdaşlıq

2014 və 2018-ci illərdə İspaniyanın “Telemadrid” televiziya kanalının “Madrileños por el Mundo” proqramında Azərbaycan haqqında filmin hazırlanması və çəkilişlərin aparılması üçün kanalın 2 nəfər nümayəndəsinin ölkəmizə səfəri təşkil edilmişdir.

8-12 iyun 2016-cı il tarixində Valensiya şəhərində “İpək və Sülh” devizi altında UNESCO İpək Yolu layihəsinin onlayn platformasının ikinci beynəlxalq forumu keçirilmişdir.

8-10 noyabr 2016-cı il tarixində İspaniyanın Madrid və Mursiya şəhərlərində “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” adlı beynəlxalq konfrans keçirilmişdir.

24 may 2017-ci il tarixində Azərbaycanın İspaniyadakı Səfirliyinin təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaxından iştirakı ilə Madriddə bu ölkənin məşhur Rey Juan Carlos Universitetində “Azərbaycandakı multikulturalizm modeli” adlı birinci seminar keçirilmişdir.

31 oktyabr 2017-ci il tarixində "Atletiko Madrid" - "Qarabağ" futbol klublarının qarşılaşmasından əvvəl "Wanda Metropolitano" stadionunun qarşısında Səfirliyin dəstəyi ilə ölkəmizlə bağlı təbliğat masası qurulmuşdur.

06 noyabr 2017-ci il tarixində İspaniyanın Madrid şəhərində “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” adlı 2-ci beynəlxalq konfrans keçirilmişdir.

5 noyabr 2018-ci il tarixində Madrid şəhərində “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda III beynəlxalq konfrans keçirilmişdir.

28 may 2019-cu il tarixində İspaniyanın Alkala de Enares Universitetində (Universidad de Alcalá de Henares) ölkəmizin mədəniyyətinin təbliğ olunması, habelə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir təşkil olunmuşdur.

Hər il dahi ispan yazıçısı Migel de Servantesin vəfatının ildönümü və 23 aprel - Beynəlxalq Kitab Günü ilə əlaqədar  keçirilən “Don Kixotun bəşəriyyət tərəfindən oxunulması” adlı tədbirdə Səfirlik yaxından iştirak edir.

Hər il Madrid şəhərində keçirilən “Milad bayramı–beynəlxalq mədəniyyətlər” sərgisində ölkəmiz Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə təmsil olunur.

 

İqtisadi sahədə əməkdaşlıq

2018-ci ildə Azərbaycan Respublikasının İspaniya Krallığı ilə ticarət dövriyyəsinin həcmi 479,3 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 82,9 mln. ABŞ dolları, ixracın həcmi 396,3 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 313,4 mln. ABŞ dolları olmuşdur.

2018-ci ilin məlumatına əsasən 18 İspaniya sərmayəli şirkət Azərbaycanda qeydiyyatdan keçmişdir. Sözügedən şirkətlər  tikinti, xidmət, kənd təsərrüfatı, sənaye, bank, sığorta  və digər sahələrdə fəaliyyət göstərir.

İspaniyanın “Enagas” şirkəti TAP layihəsinin səhmdarlarından biridir (16%).

2017-ci il dekabrın 19-da SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu (NEZ) və İspaniyanın “Tecnicas Reunidas” (TR) şirkəti arasında zavodun yenidən qurulması və modernləşdirilməsi layihəsi çərçivəsində qurğuların rekonstruksiyası üzrə EPCm (layihələndirmə, satınalma və tikinti) müqaviləsi imzalanmışdır.

2019-cu ilin may ayında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti  Bakı-Böyük Kəsik dəhlizi boyunca yeni enerji təchizat sisteminə keçid, işarəvermə sisteminin yenilənməsi və elektrik lokomotivlərinin alınmasına dair Texniki Nəzarət üzrə Məsləhət Xidmətlərinin satınalınması ilə bağlı İspaniyanın "JV TPF Getinsa Euroestudios - Auxitec Tecnica Y Control" şirkəti ilə müqavilə imzalamışdır.

 

Müqavilə-hüquq bazası

 9 sənəd imzalanmışdır, 13 sənəd baxılmaqdadır.

 

Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında ticarət dövriyyəsi (mln ABŞ dolları ilə)

İl

Ticarət dövriyyəsi

İdxal

İxrac

Saldo

2014

833,05

49,38

783,67

734,29

2015

377,62

61,56

316,06

254,50

2016

178,91

50,67

128,24

77,57

2017

235,20

55,58

179,6

124076.6

 

2018

 

 

479.33

 

82,96

 

396,37

 

313,41

           

 

Azərbaycan Respublikasının ixrac etdiyi məhsullar: xam neft; dizel yanacağı, kerosin yanacağı, turboreaktiv mühərriklər, yarımkeçirici daşıyıcılar, tərkibində əsasən alüminium birləşmələri olan kül və digər qalıqlar, emal olunmamış dəri və fındıq.

Azərbaycan Respublikasına idxal olunan məhsullar: xam soya yağı və onun fraksiyaları, minik avtomobilləri, döşəmə və divarlar üçün keramikadan minalanmış üzlük plitələr.

 

 

Arxiv üzrə axtarış

xin diplomatic service