Maldiv

Waving Flag of the Maldives (Animated Gif)

Maldiv Respublikası

 

Prezident: Zati-aliləri cənab İbrahim Məhəmməd Solih

Xarici İşlər naziri: cənab Abdulla Şahid

 

İkitərəfli münasibətlər

Maldiv Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 1994-cü il dekabr ayının 20-də qurulmuşdur.

20 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının səfiri Əşrəf Şıxəliyev etimadnaməsini Maldiv Prezidenti İbrahim Mohamed Solihə təqdim etmişdir.

Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir.

 

Yüksək səviyyəli səfərlər

  • 2014-cü ilin avqustunda Maldiv hakimi Ayşa Sucunun BMT proqramı çərçivəsində Azərbaycana səfər etmişdir.

  • 20-21 oktyabr 2014-cü ildə Bakıda keçirilmiş qadınların inkişafda roluna həsr olunmuş İƏT üzv-dövlətləri nazirlərinin konfransında Maldivin Baş prokuroru M.Anil, Hüquq və Qender məsələləri üzrə Dövlət naziri iştirak etmişdir.

  • Bakıda 2-5 may 2015-ci ildə keçirilmiş  AİB Rəhbərlər Şurasının 48-ci illik Toplantısında Maldivin Maliyyə və xəzinə naziri Abdulla Cihad iştirak etmişdir.

  • 25-26 oktyabr 2019-cu il - Maldiv Respublikasının Xarici İşlər naziri Abdulla Şahid Azərbaycana səfər etmişdir (Qoşulmama Hərəkatının 18-ci Zirvə Toplantısı).

 

Müqavilə-hüquq bazası

 “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik münasibətlərin qurulması haqqında Birgə Kommünike” - Nyu York, 15 iyun 2006-cı  il

Arxiv üzrə axtarış

xin diplomatic service