Venesuela

Waving Flag of Venezuela (Animated Gif)

Venesuela Bolivar Respublikası

 

Prezident: Zati–aliləri cənab Nikolas Maduro Moros(Nicolas Maduro Moros)

Xarici İşlər üzrə Xalq Hakimiyyəti naziri: cənab Xorxe Alberto Areasa Montserrat

 

İkitərəfli münasibətlər

12 may 1995-ci ildə Azərbaycan və Venesuela arasında diplomatik əlaqələr qurulmuşdur. 3 fevral 2018-ci il tarixində Venesuela Səfirliyinin rəsmi açılışı olmuşdur və 1 iyun tarixində Səfirlik fəaliyyətə başlamışdır. 3 mart 2019-cu il tarixində Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran etimadnamlərini Prezident İ.Əliyevə əqdim etmişdir.

 

Ali və yüksək səviyyəli səfərlər

Prezidentlər

2016-cı il 10 oktyabrtarixində Venesuela Bolivar Respublikasının Prezidenti cənab Nikolas Maduro və AR Prezidenti cənab İlham Əliyev arasında İstanbul şəhərində keçirilən 23-cü Dünya Enerji Konqresi zamanı  görüş keçirilmişdir.

2016-cı il 21-22 oktyabr tarixində Venesuela Bolivar Respublikasının prezidenti N.Maduro ölkəmizdə rəsmi səfərdə olmuşdur.

 

Xarici İşlər nazirləri

13-18 sentyabr 2016-cı ildə  Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin növbəti iclasında iştirak etmək məqsədilə Venesuelaya işgüzar səfər etmişdir.

3-6 aprel  2018-ci il tarixində Venesuelanın Xarici İşlər üzrə Xalq Hakimiyyəti naziri Xorxe Alberto Areasa Monsera Bakı şəhərində keçirilmiş Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin növbəti iclasında iştirak etmək məqsədilə Bakıda işgüzar səfərdə olmuşdur.

 

  

Müqavilə-hüquq bazası

İki ölkə arasında 3 sənəd imzalanmışdır.

 

Azərbaycan və Venesuela arasında ticarət dövriyyəsi (min. ABŞ doll. ilə)

 

İllər üzrə

Ticarət dövriyyəsi

İdxal

 

İxrac

 

2015-ci il

7703.7

 

7636.5

 

67.2

 

2016-cü il

228.3

0.0

228.3

 

2017-ci il

1,147,5

1,039,8

107,7

2018-ci il

2.25

0.0

2.25

AR Dövlət Statistika Komitəsi                         

 

Ölkəmizə idxal məhsullarını əsasən Alüminum oksiti, yer və tunel qazan maşınlar təşkil etmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service