Kuba

 

Waving Flag of Cuba (Animated Gif)

Kuba Respublikası

 

Dövlət başçısı: Zati –aliləri cənab Miqel Mario Diaz-Kanel Bermudes

Xarici Əlaqələr naziri: cənab Bruno Eduardo Rodriqez Parrilla

 

İkitərfli münasibətlər

 Azərbaycan Respublikası və Kuba Respublikası arasındakı diplomatik əlaqələr 1992-ci ilin 27 mart tarixində qurulmuşdur. 2007-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Kuba Respublikasında diplomatik nümayəndəliyi, 2008-ci ilin fevralında isə Kuba Respublikasının Azərbaycan Respublikasında Səfirliyi təsis edilmişdir. Yaşar Əliyev Azərbaycan Respublikasının Kuba Respublikasına təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiridir.

 

Yüksək səviyyəli səfərlər

Xarici İşlər Nazirləri

19 sentyabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 60-cı sessiyası zamanı Kuba Respublikasının Xarici İşlər Naziri Fernando Roq ilə görüş keçirmişdir;

28-29 sentyabr 2006-cı il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Kuba Respublikasına rəsmi səfər etmişdir;

 18 fevral 2011-ci il tarixində Kuba Respublikasının Xarici İşlər Naziri Bruno Rodriqez Pariya Azərbaycan Respublikasına rəsmi səfər etmişdir;

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Kuba parlamentlərarası işçi qrupu fəaliyyət göstərir. Kuba Respublikası Milli Assambleyasında (parlament) Kuba-Azərbaycan parlamentlərarası işçi qrupu fəaliyyət göstərir və hazırda qrupun rəhbəri Elbis Perez Oliveradır.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Kuba Respublikası arasında 10 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Əsas idxal məhsulları: spirtli içkilər, siqar və tütün məmulatları, qadın çantaları, Poçt markaları və s.

Əsas ixrac məhsulları: Təzə pnevmatik rezin şinlər

 

Azərbaycan və Kuba arasında ticarət dövriyyəsi (min. ABŞ doll. ilə)

 

İllər üzrə

Ticarət dövriyyəsi

İdxal

 

İxrac

 

2013-cü il

7.9

7.9

0.00

2014-cü il

44.1

44.1

0.0

2015-ci il

74.6

68.8

5.8

2016-cı il

71

69.9

1.1

2017-ci il

223.3

223.27

0.02

2018-ci il

167.53

167.52

0.01

 AR Dövlət Statistika Komitəsinin məlumatına əsasən

 

 

 

 

 

 

Arxiv üzrə axtarış

xin diplomatic service