Xorvatiya

Waving Flag of Croatia (Animated Gif)

Xorvatiya

 

Prezident: Zati-aliləri Kalinda Grabar-Kitaroviç 

Baş Nazir: cənab Andrey Plenkoviç 

Parlament Sədri: cənab Qordan Yandrokoviç  

Xarici İşlər naziri: cənab Qordan Qrliç Radman

Azərbaycan Respublikasının Xorvatiya Respublikasında səfiri: cənab Fəxrəddin Qurbanov

 

İkitərəfli münasibətlər

Xorvatiya Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991-ci ildə tanımış və 26 yanvar 1995-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur.

2011-ci ilin fevral ayından Azərbaycan Respublikasının səfirliyi öz fəaliyyətinə başlamışdır.

29 aprel 2019-cu il tarixində  Xorvatiyanın Azərbaycan Respublikasındakı səfirliyinin (Xorvatiya Baş Nazirinin müavini, Xarici və Avropa İşləri naziri xanım Mariya Peyçinoviç Buriçin və Azərbaycan Respublikasının Vergilər naziri Mikayıl Cabbarovun  iştirakı ilə) rəsmi açılış mərasimi keçirilmişdir.

 

Ali və yüksək səviyyəli səfərlər

23-25 oktyabr 2016-cı il tarixlərində Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycanda rəsmi səfərdə olmuşdur.                               

5-6 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Xorvatiyada rəsmi səfərdə olmuşdur.  

                                                                             

Xarici İşlər nazirləri

7-8 iyul 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Xorvatiyada rəsmi səfərdə olmuşdur. 

29 aprel 2019-cu il tarixində Xorvatiya Baş Nazirinin müavini, Xarici və Avropa İşləri naziri xanım Mariya Peyçinoviç Buriç Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.

 

Humanitar sahədə əməkdaşlıq

4 iyul 2012-ci il tarixindən etibarən Azərbaycan-Xorvatiya Dostluq Cəmiyyəti fəaliyyət göstərir. Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç cəmiyyətin sədridir.

Cəmiyyət tərəfindən Azərbaycan mədəniyyətini təbliğ edilməsi sahəsində mütəmadi tədbirlər təşkil edilir. O cümlədən 20 yanvar faciəsi və Xocalı soyqırımı münasibətilə keçirilən tədbirlərə dəstək verilir.

“Riyeka Avropanın Mədəniyyət Paytaxtı 2020” layihəsi çərçivəsində əməkdaşlığın nəzərdən keçirilməsi təklif edilir.

Səfirlik Korçula şəhərində hər il keçirilən “İpək Yolu - Dialoqa aparan yol” adlı Beynəlxalq Marko Polo Festivalında  iştirak edir. Festival çərçivəsində mədəniyyətimizi təbliğ edən sənədli və ya bədii film nümayiş olunur.

30 iyul 2019-cu il tarixində Xorvatiyanın Zaqreb şəhərində Bakının “Sabah” Futbol Klubu ilə Zaqrebin “Dinamo” Futbol Klubu arasında idman sahəsində əməkdaşlığa və təcrübə mübadiləsinə dair Saziş imzalanmışdır.

 

Müqavilə hüquq bazası

İki ölkə arasında 25 sənəd imzalanmışdır.

 

Azərbaycan ilə Xorvatiya arasında  ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2014

11298.6

311673.3

322971.9

300374.7

2015

1369.9

199208.6

200518.5

197838.7

2016

51182.5

233539.1

284721.6

182356.6

2017

1434.3

174262.9

175697.2

172828.6

2018

827.4

89190.7

90018.1

88363.2

 

Xorvatiya Respublikasından Azərbaycan Respublikasına: dərman vasitələri, transformator hissələri, müxtəlif avadanlıqlar və s. idxal edilir. Bir sıra Xorvatiya istehsalı olan yeyinti məhsullarını “Bravo” və “Bazarstore” mağazalarından əldə etmək mümkündür. 

20-yə yaxın Xorvat şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bunlar əsasən informasiya texnologiyaları, neft sənayesi, energetika, dəmir yolu infrastrukturu sahələrini əhatə edir.

Azərbaycan Respublikasından Xorvatiya Respublikasına: xam neft və reaktiv kerosin yanacağı ixrac edilir.

Hazırda Azərbaycanda birgə müəssisələrin yaradılması istiqamətində müvafiq işlər aparılır.

 

İqtisadi sahə üzrə qüvvədə olan əsas sazişlər

SOCAR ilə Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik qaz boru kəməri (lonian-Adriatic Pipeline - IAP) layihəsinin gələcəkdə tikintisi üzrə imzalanan Anlaşma Memorandum. 2016-cı ilin avqust.                                            

 “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihəsi. Zaqreb şəhəri, 06 sentyabr 2018-ci il.

 

Hökumətlərarası Birgə Komissiya

2015-ci ilin aprel ayının 15-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın tərkibi təsdiq edilmişdir.

Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının indiyədək bir iclası keçirilmişdir. İclas 28 noyabr 2017-ci ildə Bakı şəhərində keçirilmişdir.

Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi 17 mart 2018-ci il tarixində təsdiq edilmişdir.

 

 

Arxiv üzrə axtarış

xin diplomatic service