Yunanıstan

Waving Flag of Greece (Animated Gif)

Yunanıstan Respublikası

 

Prezident: Zati-aliləri cənab Prokopis Pavlopulos

Baş Nazir: cənab Kriakos Mitsotakis

Parlamentinin Sədri: cənab Konstantinos Tasoulas

Xarici İşlər naziri: cənab Nikolas Dendias

Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfiri: cənab Nikolas Kanellos

Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı müvəqqəti işlər vəkili: cənab Eldar Əliyev

Azərbaycan Respublikasının Səfirliyin rəsmi internet səhifəsi: www.athens.mfa.gov.az 

 

 

İkitərəfli münasibətlər

Yunanıstan Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır.İki ölkə arasında diplomatik münasibətlər 2 aprel 1992-ci ildə təsis edilmişdir.

Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1993-cü ilin may ayından, Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi 2004-cü ilin aprel ayından fəaliyyət göstərir.

13 dekabr 2005-ci ildə Milli Məclisdə Azərbaycan-Yunanıstan Parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır və və parlamentlərarası münasibətlərin genişləndirilməsində mühüm rol oynayır.

2-3 fevral 2016-cı il tarixlərində Yunanıstanın Xarici İşlər naziri Nikos Kotzias Azərbaycana rəsmi səfər etmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

Yunanıstan və Azərbaycan arasında Erasmus+İnternational Mobility layihəsi üzrə Azərbaycanın ADA Universiteti və Bakı Ali Neft Məktəbi Yunanıstanın Qərbi Attika Universiteti ilə tələbə və müəllim mübadiləsini həyata keçirirlər.

Azərbaycan və Yunanıstan arasındakı ikitərəfli əlaqələrdə mədəniyyət sahəsində əməkdaşlıq ən əsas elementlərindən biridir və son dövrlərdə bu sahədə əməkdaşlıq xeyli fəallaşmışdır. Səfirlik tərəfindən Azərbaycan mədəniyyəti və musiqisinin təbliği istiqamətində 2010-2019-ci illərdə caz, klassik, xalq musiqimizdən ibarət 20-ə yaxın konsert təşkil edilmiş, Azərbaycanlı və yunan musiqiçiləri arasında birgə layihələr keçirilmişdir.

AR Gənclər və İdman Nazirliyinin və Səfirliyin dəstəyi ilə 2013-cü ilin dekabr ayında Yunanıstan-Azərbaycan Gənclər Mərkəzi təsis edilmişdir və Mərkəz iki ölkənin gəncləri arasında sıx əlaqələrin qurulması, birgə araşdırma layihələrin keçirilməsində vacib rol oynayır.

2017-ci ildə Yunanıstanın Saloniki şəhərində yaşayan Azərbaycan icmasının üzvlərinin və yunanların birgə müraciətinə əsasən şəhər məhkəməsinin müvafiq qərarı ilə “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti təsis edilmişdir. Cəmiyyətin sədri Rəşid Məmmədovdur. Yarandığı gündən etibarən “Qala” cəmiyyəti Diaspora üzrə Dövlət Komitəsi ilə sıx təmasdadır.

 

Müqavilə-hüquq bazası 

Azərbaycan Respublikası ilə Yunanıstan Respublikası arasında 24 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

2012-ci ildən etibarən Yunanıstan-Azərbaycan Ticarət Palatası fəaliyyət göstərir və 40-dan çox aktiv üzvü var. Enerji sahəsində iki ölkə arasında əməkdaşlıq əsasən Cənub Qaz Dəhlizinin TAP layihəsi üzrə inkişaf edir. Hazırda TAP-ın Yunanıstan seqmentində bütün marşrut boyunca boruların döşənməsi başa çatdırılmış, tamamlama işləri aparılmaqdadır.

 

Azərbaycan ilə Yunanı(stan arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

İl

İdxal

İxrac

Ticarətdövriyyəsi

2014

62789.7

255988.3

318778

2015

16175.5

145748.3

161923.8

2016

15316.0

201377.2

216693.2

2017

12135.8

159548.2

171684

 

Azərbaycandan Yunanıstana ixracın tərkibi: mineral yanacaq, meyvə və tərəvəz məhsulları, xam neft, elektrik enerjisi.

Azərbaycana Yunanıstandan idxalın tərkibi: mineral yanacaq, tikinti, əczaçılıq, meyvə və tərəvəz məhsulları.

 

Hökumətlərarası Birgə Komissiya

2003-cü ildə Azərbaycan Respublikası ilə Yunanıstan Respublikası arasında Hökumətlərarası birgə Komissiya təsis edilmişdir.

 

 

 

Arxiv üzrə axtarış

xin diplomatic service