İran

 

 

Waving Flag of Iran (Animated Gif)

İran İslam Respublikası

 

Ali Rəhbər: Ayətullah Seyid Əli Xamenei

Prezident: Zati-aliləri Həsən Ruhani 

Birinci vitse-prezident: cənab İshaq Cahangiri

İslam Şurası Məclisinin Sədri: cənab Əli Laricani

Xarici İşlər naziri: cənab Məhəmməd Cavad Zərif

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri: cənab Bünyad Hüseynov

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfiri: cənab Cavad Cahangirzadə

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi:  www.tehran.mfa.gov.az 

 

Bilateral relations

İran İslam Respublikası Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasına diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur. Hər iki ölkənin (1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir. 1992-ci ilin dekabr ayından isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlamışdır) səfirlikləri, İranın Naxçıvan şəhərində Baş Konsulluğu (1992-ci ilin dekabr ayından), Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğu (20 oktyabr 2004-cü ildən) fəaliyyət göstərir.

Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Vasif Talıbovdur. İran-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Salman Xodadadidir.

 

Yüksək səviyyəli  səfərlər və görüşlər

Dövlət başçıları

26-28 oktyabr 1993-cü ildə İran İslam Respublikasının Prezidenti Əkbər Haşemi Rəfsəncaninin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

29 iyun-2 iyul 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti İran İslam Respublikasına rəsmi səfər etmişdir.

12-13 may 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İran İslam Respublikasının Prezidenti Əkbər Haşemi Rəfsəncaninin dəvətilə Sərəxs-Tecən dəmiryolu xəttinin açılış mərasimində iştirak etmək məqsədilə İrana səfər etmişdir.

8-11 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Tehran şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının 8-ci Zirvə toplantısında iştirak etmək məqsədilə İran İslam Respublikasına işgüzar səfər etmişdir.

10 iyun 2000-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının 6-cı Zirvə toplantısında iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İran İslam Respublikasına işgüzar səfər etmişdir.

18-20 may 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti İran İslam Respublikasında rəsmi səfərdə olmuşdur.

5-7 avqust 2004-cü ildə İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəmi Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

24-26 yanvar 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İran İslam Respublikasına rəsmi səfər etmişdir.

20 dekabr 2005-ci ildə İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Naxçıvan Muxtar Respublikasına səfər etmişdir.

5-7 may 2006-cı ildə İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu Zirvə toplantısında iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfər etmişdir.

21-22 avqust 2007-ci ildə İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvətini qəbul edərək Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

16 oktyabr 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tehranda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının 2-ci Zirvə toplantısında iştirak etmək məqsədilə İran İslam Respublikasına səfər etmişdir.

10 mart 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın dəvəti ilə İrana rəsmi səfər etmişdir.

17 noyabr 2010-cu ildə İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

15-16 oktyabr 2012-ci ildə İran İslam Respublikasının Prezidenti Mamud Əhmədinejad İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə toplantısında iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

23 yanvar 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos şəhərində Ümumdünya İqtisadi Forumu çərçivəsində İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüş keçirmişdir.

9 aprel 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin dəvətinə əsasən İranda rəsmi səfərdə olmuşdur.

29 sentyabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Həştərxan vilayətində keçirilən Xəzəryanı ölkələrin Dövlət Başçılarının IV Zirvə toplantısı çərçivəsində İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüş keçirmişdir.

12-13 noyabr 2014-cü ildə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvətinə əsasən Azərbaycanda rəsmi səfərdə olmuşdur.

23 fevral 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin dəvətinə əsasən İranda rəsmi səfərdə olmuşdur.

14 aprel 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin İstanbul şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 13-ci Zirvə toplantısı çərçivəsində İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüş keçirmişdir.

07-08 avqust 2016-cı ildə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olmuşdur.

5 mart 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin dəvətinə əsasən İranda rəsmi səfərdə olmuşdur.

10 sentyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Astana şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci sammiti çərçivəsində İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüş keçirmişdir.

1 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tehranda keçirilən Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə toplantısında iştirak etmək məqsədilə İran İslam Respublikasına səfər etmişdir.

28-29 mart 2018-ci ildə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə AR-ə rəsmi səfər etmişdir.

12 avqust 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı ölkələrin Dövlət Başçılarının V Zirvə toplantısı çərçivəsində İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüş keçirmişdir.

Parlament Sədrləri

18 fevral 2014-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlament İttifaqı Konfransının 9-cu iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüş keçirmişdir.

5 avqust 2017-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak etmək məqsədilə İranda səfərdə olmuşdur.

25-26 dekabr 2018-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov iranlı həmkarının dəvəti ilə İran İslam Respublikasına səfər etmişdir. Səfər çərçivəsində Tehran və Urmiyə şəhərlərində rəsmi görüşlər keçirmişdir.

Xarici İşlər nazirləri

15-16 fevral 2015-ci ildə İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun dəvətinə əsasən ölkəmizdə rəsmi səfərdə olmuşdur.

5 aprel 2016-cı ildə Azərbaycan Respublikası, Türkiyə Respublikası və İran İslam Respublikasının xarici işlər nazirlərinin 4-cü Üçtərəfli toplantısında iştirak etmək məqsədilə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İranın Ramsər şəhərinə səfər etmişdir.

6-7 aprel 2016-cı ildə Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası xarici işlər nazirlərinin Üçtərəfli toplantısında iştirak etmək məqsədilə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasına şəhərinə səfər etmişdir.

19 dekabr 2017-cı ildə Azərbaycan Respublikası, Türkiyə Respublikası və İran İslam Respublikasının xarici işlər nazirlərinin 5-ci Üçtərəfli toplantısında iştirak etmək məqsədilə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasına səfər etmişdir.

15 mart 2018-ci ildə İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Respublikası, Gürcüstan, İran İslam Respublikası və Türkiyə Respublikasının xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündə iştirak etmək məqsədi ilə Azərbaycan Respublikasına səfər etmişdir.

4-6 aprel 2018-ci ildə Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən toplantısında iştirak etmək məqsədi ilə İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasına səfər etmişdir.

9 mart 2019-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasına rəsmi səfər etmişdir. Səfər çərçivəsində Elmar Məmmədyarov İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, İslam Şurası Məclisinin Sədri Əli Laricani, Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşmüşdür.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında 188 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ticarət dövriyyəsi 2018-ci ildə 446,03 milyon ABŞ dollar olmuşdur. o cümlədən idxalın həcmi 414,80  milyon ABŞ dolları, ixracın həcmi isə 31,23 milyon ABŞ dolları təşkil etmişdir.

İnvestisiya qoyuluşu artmış, İran Azərbaycana ümumilikdə 3,4 milyard ABŞ dolları sərmayə qoymuşdur.

 

Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi (mln. ABŞ dolları ilə)

İl

İxrac

İdxal

Ticarət dövriyyəsi

2014

39,4

147,2

186,6

2015

33

90,5

123,5

2016

49,7

161,1

210,8

2017

16.7

240.2

257

2018

31,23

414,8

446

 

Azərbaycan Respublikasından İran İslam Respublikasına ixrac olunan mallar: Yeyinti sənayesinin qalıq və tullantıları, yağlı toxumlar və dərman bitkiləri, alma

Azərbaycan Respublikasına İran İslam Respublikasından idxal olunan mallar: Təbii qaz, plastik məmulatlar, meyvə-tərəvəz, qeyri-üzvi kimya məhsulları, tikinti materialları (şüşə, keramika)

 

Dövlət Komissiyasının fəaliyyəti

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası 1992-ci ildən etibarən fəaliyyət göstərir. Komissiyanın Azərbaycan tərəfindən həmsədri AR İqtisadiyyat naziri Şahin Mustafayev, İran tərəfindən həmsədr isə, İİR iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənddir.

 

Arxiv üzrə axtarış

xin diplomatic service