Norveç

Waving Flag of Norway (Animated Gif)

Norveç Krallığı

 

 

Dövlət başçisı: Əlahəzrət Kral V Harald

Baş Nazir: xanım Erna Solberq

Parlament Sədri: cənab Ton Vilxelmsen

Xarici İşlər naziri: xanım İne Eriksen Soreyde

 

İkitərəfli münasibətlər

Norveç Krallığı Azərbaycanın müstəqilliyini 2 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 5 iyun 1992-ci ildə qurulmuşdur.

Norveç Krallığının Azərbaycanda Səfirliyi 1998-ci ilin iyul ayının 22-də açılmışdır. 2019-cu ilin 28 iyun tarixindən Norveçin Azərbaycandakı Səfirliyinin fəaliyyəti dayandırılaraq, səlahiyyətləri Norveçin Türkiyədəki Səfirliyinə həvalə edilmişdir.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında əlaqələr çərçivəsində ən mühüm hadisə Prezident Heydər Əliyevin Norveç Krallığına (1996) səfəri olmuşdur. Bunun ardınca iki ölkə arasında müxtəlif səviyyəli görüşlər keçirilmiş, sənədlər qəbul olunmuşdur.

Norveç Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan–Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir.

 

Ali və yüksək səviyyəli səfərlər

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 24-25 aprel 1996-ci ildə Norveç Krallığına rəsmi səfər etmişdir.

Azərbaycan Respublikasının Baş Naziri Artur Rasi-zadə 11-15 fevral 2001-ci ildə Norveçdə rəsmi səfərdə olmuşdur.

Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən Norveç Krallığına 1 rəsmi (25 mart - 1 aprel 1998) və 1 işgüzar (10-13 sentyabr 2014)  səfər həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Xarici İşlər naziri tərəfindən Norveçə 2 rəsmi səfər (22-25 fevral 2000, 4-7 dekabr 2007) həyata keçirilmişdir.

Norveç Krallığının Xarici İşlər naziri Azərbaycan Respublikasına 1 işgüzar (12-13 oktyabr 2004) və 2 rəsmi səfər (28-29 aprel 2008, 14-15 yanvar 2013) etmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

İki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq mövcuddur. Həyata keçirilən mühüm layihələrdən 2006-cı ildə Azərbaycan Dillər Universitetində Oslo və Agder universitetləri ilə birgə əməkdaşlıq çərçivəsində skandinaviyaşünaslıq üzrə yeni bakalavr proqramının açılmasını göstərmək olar. Proqram çərçivəsində tələbələr Norveç dili, tarixi və Skandinaviya ədəbiyyatını öyrənirlər. Proqramın ilk məzunları 2010-cu ildə bakalavr dərəcəsi almışlar.

Bundan əlavə, son illərdə Norveç və Azərbaycan arasında incəsənət və idman sahəsində mübadilələr həyata keçirilir.

 

Müqavilə-hüquq bazası

 İki ölkə arasında 12 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan və Norveç arasında iqtisadi əməkdaşlıq əsasən enerji sektorunun payına düşür. SOCAR və Statoil (Equinor) 1992-ci ildən bir sıra mühüm layihələrdə, o cümlədən Azəri-Çıraq və dərinsulu Günəşli (AÇG) neft yatağının işlənilməsi layihəsində əməkdaşlıq etmişlər. AÇG layihəsində SOCAR-ın payı 25%, Statoil Azərbaycan şirkətinin payı isə 7,27%-dir.

AÇG neftinin əsas ixrac marşrutu olan Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində Statoil Azərbaycan-ın 8,71%, SOCAR-ın törəmə şirkəti olan AzBTC-nin isə 25% payı vardır. 

Həmçinin, 2018-ci ilin 30 may tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Norveçin Equinor qrupunun bir hissəsi olan Statoil Azərbaycan şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) və “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında sazişlər imzalanmışdır.

Hazırda Azərbaycanda 38 Norveç şirkəti fəaliyyət göstərir.

 

Azərbaycan və Norveç arasında ticarət dövriyəsi (milyon ABŞ dolları ilə)

İllər

Ticarət dövriyyəsi

İxrac

İdxal

2013

38.7

0.7

38

2014

41.1

9.2

31.9

2015

145.43

1.15

144.28

2016

278,73

3.13

275.6

2017

157.23

1.68

155.55

2018

107.52

2.84

104.68

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

 

 

 

Arxiv üzrə axtarış

xin diplomatic service