Vilayət Muxtar oğlu Quliyev

Vilayət Muxtar oğlu Quliyev

(05.11.1952)

Nazir olduğu dövr

(26.10.1999 - 02.04.2004)

Vilayət Muxtar oğlu Quliyev 1952-ci ilin 5 noyabrında Ağcabədi şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1975-ci ildə Beyləqan rayonunda müəllim kimi başlamışdır.

1978-ci ildə istеhsalatdan ayrılmaqla Azərbaycan SSR ЕA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur.

1981-1992-ci illərdə o, Nizami adına Ədəbiyyat İnstitutunda kiçik еlmi işçi, böyük еlmi işçi, sеktor müdiri, еlmi işlər üzrə dirеktor müavini vəzifələrində çalışmışdır.

1992-1993-cü illərdə Vilayət Quliyеv Türkiyədə  yеrləşən Atatürk Univеrsitеtinin dəvəti ilə burada “Türk xalqları ədəbiyyatı tarix”i fənnindən mühazirələr oxumuşdur.

1996-cı ildə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.

1999-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olunmuş, Fövqəladə və Səlahiyyətli səfir rütbəsi verilmişdir.

1982-ci ildə filologiya elmləri namizədi, 1990-cı ildən isə filologiya elmləri doktoru dərəcəsi almışdır. 3 monoqrafiya və 300-dən çox məqalənin müəllifidir. 12-dən artıq kitabı çap olunmuşdur. Yaradıcılığının əsas istiqaməti Azərbaycan - Rusiya, İran, Türkiyə arasındakı 19-20 əsrlərdə mövcud olmuş ədəbi mühitin tədqiqi, tarixi və mədəni əlaqələrimizin təhlili təşkil edir.

2004-2010-cu illərdə V.Quliyev Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışmışdır.

2010-cu ildə V.Quliyev Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.

Rus, türk, ərəb, ingilis və fars dillərini bilir.

Arxiv üzrə axtarış

xin diplomatic service