Bolqarıstan

Waving Flag of Bulgaria (Animated Gif)

Bolqarıstan Respublikası

 

Prezident: Zati-aliləri cənab Rumen Radev

Baş Nazir: cənab Boyko Borisov

Xalq Məclisinin Sədri: xanım Tsveta Karayançeva

Baş Nazirin ədliyyə islahatı üzrə müavini və Xarici işlər naziri: xanım Yekaterina Zaxariyeva

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri: xanım Nərgiz Qurbanova

Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri: cənab Nikolay Yankov

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi:  www.sofia.mfa.gov.az

 

 

 İkitərəfli münasibətlər

Bolqarıstan Respublikası ölkəmizin müstəqilliyini 14 yanvar 1992-ci il tarixində tanımış və iki ölkə arasında diplomatik münasibətlər 05 iyun 1992-ci ildə qurulmuşdur. Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1999-cu ilin dekabr ayından fəaliyyət göstərir. Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi 2005-ci ildə fəaliyyətə başlamışdır.

Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu 2005-ci ilin dekabr ayında yaradılmışdır və parlamentlərarası münasibətlərin genişləndirilməsində mühüm rol oynayır.

 

Ali və yüksək səviyyəli səfərlər

Prezidentlər

29-30 iyun 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir.

7-8 sentyabr 1998-ci ildə Bolqarıstan Respublikasının Prezidenti Petr Stoyanov “İpək Yolu” beynəlxalq konfransında iştirak etmək üçün Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

2-3 dekabr 1999-cu ildə Bolqarıstan Respublikasının Prezidenti Petr Stoyanov Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

7-8 oktyabr 2004-cü ildə Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

23-24 sentyabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir.

10-12 mart 2008-ci ildə Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

13 noyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir.

22 yanvar 2009-cu ildə Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

30 iyun-1 iyul 2010-cu ildə Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

14-15 noyabr 2011-ci ildə Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

19-20 sentyabr 2014-cü ildə Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində və “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

3-5 mart 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir.

28-29 aprel 2015-ci ildə Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev III Qlobal Bakı Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfər etmişdir.

28-29 iyun 2015-ci ildə Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev “Bakı-2015” Birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfər etmişdir.

10-11 mart 2016-cı ildə Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev 4-cü Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfər etmişdir.

12-14 oktyabr 2017-ci ildə Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

 

Parlament Sədrləri

27-30 sentyabr 2004-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Murtuz Ələsgərov Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir.

24-25 noyabr 2006-cı ildə Bolqarıstan Respublikasının Xalq Məclisinin Sədri Georgi

Pirinski Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

19-21 may 2008-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Oqtay Əsədov Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir.

14-15 may 2012-ci ildə Bolqarıstan Respublikasının Xalq Məclisinin Sədri Tsetska Tsaçeva Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

27-29 noyabr 2012-ci ildə Bolqarıstan Respublikasının Xalq Məclisinin Sədri Tsetska Tsaçeva Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının plenar iclasında iştirak etmək məqsədi ilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

19-21 sentyabr 2018-ci ildə Bolqarıstan Respublikasının Xalq Məclisinin Sədri Tsveta Karayançeva Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə keçirilmiş təntənəli iclasda iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

19-21 iyun 2019-cu ildə Bolqarıstan Respublikasının Xalq Məclisinin Sədri Tsveta Karayançeva Qara Dəniz İqtisadi Əməkdaşlıq Teşkilatının Parlament Assambleyasının (QDİƏTPA) 53-cü sessiyasında iştirak etmək və QDİƏTPA -da sədrliyi Azərbaycan tərəfindən təhvil almaq məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

 

Baş Nazirlər

12-13 noyabr 2007-ci ildə Bolqarıstan Respublikasının Baş Naziri Serqey  Stanişev

Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

26-27 aprel 2012-ci ildə Bolqarıstan Respublikasının Baş Naziri Boyko Borisov

Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

19-20 fevral 2014-cü ildə Bolqarıstan Respublikasının Baş Naziri Plamen Oreşarski Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

11-12 iyun 2015-ci il tarixlərində Bolqarıstan Respublikasının Baş Naziri Boyko Borisov “Bakı-2015” I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

15-16 yanvar 2018-ci ildə Bolqarıstan Respublikasının Baş Naziri B.Borisov Bakı-Sofiya birbaşa hava əlaqəsinin açılış mərasimində iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

14-15 mart 2019-ci ildə Bolqarıstan Respublikasının Baş Naziri B.Borisov VII Qlobal Bakı Forumunda iştirak məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

 

Xarici İşlər nazirləri

9-10 noyabr 1997-ci ildə Bolqarıstan Respublikasının Xarici İşlər naziri Nadejda Mixaylova Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

15-16 mart 2004-cü ildə Bolqarıstan Respublikasının Xarici İşlər naziri Solomon  Passi ATƏT-in fəaliyyətdə olan sədri olaraq Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

5-8 dekabr 2004-cü ildə Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirlərinin 12-ci sessiyasında iştirak etmək üçün Bolqarıstan Respublikasına işgüzar səfər etmişdir.

17-18 aprel 2008-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir.

22 oktyabr 2009-cu ildə Bolqarıstan Respublikasının Xarici İşlər naziri Rumyana Jeleva QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

12 dekabr 2012-ci ildə Bolqarıstan Respublikasının Xarici İşlər naziri Nikolay Mladenov

Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

12-14 may 2016-cı ildə Bolqarıstan Respublikasının Xarici İşlər naziri Daniyel Mitov Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

30-31 oktyabr 2018-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir.

23-25 iyun 2019-cu il tarixlərində Bolqarıstan Respublikasının Xarici İşlər naziri Yekaterina Zahariyeva Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında 1995-2019-cu illər ərzində siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və humanitar, ədliyyə, beynəlxalq daşınmalar, gömrük və sair sahələr üzrə əməkdaşlığa dair yetmişdən artıq sənəd imzalanmışdır. 3-5 mart 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır.

 

 

Humanitar sahədə əməkdaşlıq

Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuşdur. Heydər Əliyev Fondu tarixi abidədə 158 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 880 metr uzunluğunda turizm xiyabanının salınmasını, mədəni irs mərkəzinin yaradılmasını, ərazidəki orta əsrlərə aid 3 kilsənin təmiri və konservasiyasını həyata keçirmişdir. 22 sentyabr 2016-cı il tarixində Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılış mərasimində iştirak etmişlər.

 

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli əməkdaşlığın aparıcı sahəsi energetikadır. Bu sahədə əsas məsələ Cənub Qaz Dəhlizi çərçivəsində Yunanıstan-Bolqarıstan qaz bağlantısı vasitəsilə 2020-ci ildən etibarən 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstana ixracıdır. 2017-ci ilin oktyabr ayından etibarən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə nəqliyyat iki ölkə arasındakı əməkdaşlıqda perspektivli sahəyə çevrilmişdir. 2018-ci ilin yanvar ayından etibarən Azərbaycanın ilk aşağıbüdcəli hava şirkəti “Buta Airways” tərəfindən Bakı-Sofiya birbaşa hava əlaqəsi xətti üzrə müntəzəm uçuşlar həyata keçirilir.

 

 

Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi (mln ABŞ dolları ilə)

İl

İdxal

İxrac

Ticarət

Dövriyyəsi

Saldo

2014

63442.1

61154.8

124595.9

-2287.3

2015

12721.6

497.9

13219.5

-12223.7

2016

39423.4

386.3

39809.7

-39037.1

2017

37274.7

153.3

37428

-37121.4

2018

26.41

39.47

65.88

13.06

 

Azərbaycandan Bolqarıstana ixrac: kənd təsərrüfatı məhsulları, xam neft, kerosin yanacağı, maye qaz.

Azərbaycana Bolqarıstandan idxal : kənd təsərrüfatı və ərzaq məhsulları, şirniyyat, mühərrik benzinləri, dərman vasitələri, kosmetik vasitələr, tütün xammalı və papiros kağızı, pambıq məmulatları, qara metaldan məhsullar, avadanlıqlar.

 

 

Hökumətlərarası Birgə Komissiya

Azərbaycan-Bolqarıstan ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya 28 may 1999-cu il tarixində yaradılmışdır. İndiyədək onun 5 iclası baş tutmuşdur (2000-ci, 2004-cü, 2008-ci, 2016-cı və 2018-ci illərdə). Komissiyanın sonuncu, 5-ci iclası 6-7 noyabr 2018-ci il tarixlərində Sofiyada baş tutmuşdur.

Komissiyanın 4-cü və 5-ci iclaslarının yekun protokollarında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlə bağlı müvafiq bənd mövcuddur.

 

 

Arxiv üzrə axtarış

xin diplomatic service