Rusiya

 

 Waving Flag of Russia (Animated Gif)

 Rusiya Federasiyası

 

Prezident: Zati-aliləri cənab Vladimir Putin

Baş Nazir: cənab Dmitriy Medvedev

Xarici İşlər naziri : cənab Sergey Lavrov

ikipalatalı Federasiya Məclisi:

Federasiya Şurasısının Sədri (yuxarı palata): xanım Valentina Matviyenko

Dövlət Dumasının Sədri (aşağı palata): cənab Vyaçeslav Volodin

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri: cənab Polad Bülbüloğlu

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri: cənab Mixail Boçarnikov

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi:  http://moscow.mfa.gov.az  

 

 

İkitərəfli münasibətlər

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələr 4 aprel 1992-ci ildə qurulmuşdur.

1992-ci ildə hər iki dövlətin qarşılıqlı surətdə səfirlikləri açılmışdır.

Azərbaycanın Rusiyada digər nümayəndəliklərinin siyahısı:

  • Azərbaycan Respublikasının Sankt-Peterburq və Yekaterinburq şəhərlərində Baş Konsulluqları;
  • Azərbaycanın Rusiyadakı səfirliyi nəzdində Ticarət nümayəndəliyi.

Rusiyanın Azərbaycanda digər nümayəndəlikləri:

  • Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Ticarət nümayəndəliyi;
  • Rusiya Mədəniyyət və İnformasiya Mərkəzi;
  • Rusiya İxrac Mərkəzi;
  • Rusiyanın Tatarıstan və Dağıstan respublikalarının nümayəndəlikləri.

Son illərdə iki dövlət arasında siyasi əməkdaşlıq nəzərə çarpacaq dərəcədə fəallaşmışdır. Dövlət başçılarının qarşılıqlı səfərləri Azərbaycan-Rusiya münasibətlərinin sürətlənməsinə mühüm impuls vermişdirlər.

30 yanvar 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Polad Bülbüloğlu Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri təyin edilmişdir.

Son illər ərzində iki ölkə arasındakı siyasi əməkdaşlıq xeyli dərəcədə artmışdır. Dövlət başçılarının qarşılıqlı səfərləri Azərbaycan-Rusiya münasibətlərinin inkişafına mühüm təkan vermişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev ilə Rusiya Federasiyasının Prezidenti cənab V.Putin arasında yüksək etimadın mövcudluğu və siyasi dialoqun davam etdirilməsi iki dövlət  arasında əlaqələrin müvəffəqiyyətinə möhkəm zəmin yaradır.

Azərbaycan və Rusiya arasında 2003-cü ilin fevral ayından parlamentlərarası komissiya fəaliyyət göstərir. Azərbaycan tərəfindən komissiyanın həmsədri Milli Məclisin sədr müavini cənab Valeh Ələsgərov, Rusiya tərəfindən isə Federasiya Şurasının sədr müavini cənab Andrey Turçak. Komissiyanın 13-cü iclası 25 may 2015-ci il tarixində Moskva şəhərində keçirilmişdir. Həmçinin, Azərbaycanın Milli Məslisində Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri cənab Əli Hüseynlidir.

 

Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr

İki ölkənin Xarici İşlər Nazirlikləri arasında mütəmadi olaraq XİN-lərarası məsləhətləşmələr həyata keçirilir. Sonuncu siyasi məsləhətləşmələr 26 sentyabr 2018-ci il tarixində ayında Bakı şəhərində keçirilmişdir.

Həmçinin, Azərbaycan və Rusiyanın Xarici İşlər Nazirlikləri arasında imzalanmış məsləhətləşmələr Planına uyğun olaraq, hər iki ölkənin XİN-lərinin aidiyyəti struktur bölmələrinin iştirakı ilə müxtəlif istiqamətlər üzrə məsləhətləşmələr həyata keçirilir.

 

Regionlararası əməkdaşlıq

İkitərəfli əlaqələrin inkişafında regionlararası əlaqələr xüsusi yer tutur. 

Azərbaycan Rusiyanın 70 yaxın federal subyektləri ilə  birbaşa əməkdaşlıq edir, habelə bir sıra RF regionları ilə ölkəmiz arasında əməkdaşlığa dair müvafiq sazişlər imzalanmışdır və hökumətlərarası komissiyalar fəaliyyət göstərir.

2010-ci ildən etibarən mütəmadi olaraq keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumun ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasında və ticarət əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır. Sonuncu (9-cu) forum dövlət strukturları və işgüzar dairələri nümayəndələrinin iştirakı ilə 27-28 sentyabr 2018-ci il tarixində Bakı şəhərində keçirilmişdir.

 

Ali və yüksək səviyyəli səfərlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasına səfərləri:

Rəsmi səfərlər

5-7 fevral 2004-cü il;

1 sentyabr 2018-ci il (Soçi).

İşgüzar səfərlər

3 iyul 2004-cü il;

18-19 oktyabr 2004-cü il;

15-16 fevral 2005-ci il;

9 may 2005-ci il;

13-14 iyun 2005-ci il (Sankt-Peterburq);

30 avqust 2005-ci il (Kazan);

21-22 iyul 2006-cı il (MDB-nin qeyri-rəsmi Sammiti);

8-11 noyabr 2006-cı il;

27-28 mart 2007-ci il;

28-29 aprel 2007-ci il (M. Rostropoviçin dəfni);

9-10 iyun 2007-ci il (MDB-nin qeyri-rəsmi Sammiti, Sankt-Peterburq);

30 iyun 2007-ci il (Rostov-Don);

20-24 fevral 2008-ci il;

5-7 iyun 2008-ci il (MDB-nin qeyri-rəsmi Sammiti, Sankt-Peterburq);

15-16 sentyabr 2008-ci il;

1-2 noyabr 2008-ci il;

16-17 aprel 2009-cu il;

3-4 iyun 2009-cu il;

17-18 iyul 2009-cu il;

25 yanvar 2010-cu il (Soçi);

9 may 2010-cu il;

17 iyun 2010-cu il (Sankt-Peterburq);

27 oktyabr 2010-cu il;

9-10 dekabr 2010-cu il (MDB-nin Sammiti, Moskva);

5 mart 2011-ci il (Soçi);

24 iyun 2011-ci il (Kazan);

9 avqust 2011-ci il (Soçi);

20 dekabr 2011-ci il (MDB-nin Sammiti, Moskva);

23 yanvar 2012-ci il (Soçi);

15 may 2012-ci il (MDB-nin Sammiti, Moskva);

6-7 fevral 2014-cü il (XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi, Soçi);

8-10 avqust 2014-cü il (Soçi);

29 sentyabr 2014-cü il (Xəzər Sammiti, Həştərxan);

9 may 2015-ci il (Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyi ilə bağlı bayram tədbiri, Moskva);

20 iyun 2016-cı il (Sankt-Peterburq);

21 iyul 2017-ci il (Soçi);

27 dekabr, 2017-ci il (MDB-nin qeyri-rəsmi Sammiti, Moskva);

6 iyun 2018-ci il (FIFA 2018, Moskva);

6 dekabr 2018-ci il (MDB-nin qeyri-rəsmi Sammiti, Sankt-Peterburq).

03 oktyabr 2019-cu il (Soçi, “Valday” diskussiya klubunun plenar iclasında iştirak)

 

Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin Azərbaycan Respublikasına səfərləri:

1-ci və 2-ci dönəm

Rəsmi səfər: 9-10 yanvar 2001-ci il;

H.Əliyevlə vida mərasimi: 15 dekabr 2003-cü il;

İşgüzar səfər: 21-22 fevral 2006-cı il.

 

3-cü və 4-cü dönəm

İşgüzar səfərlər: 13 avqust 2013-cü il;

12 iyun 2015-ci il (I Avropa Oyunlarının rəsmi açılış mərasimi);

8 avqust 2016-cı il (Azərbaycan, İran və Rusiya Prezidentlərinin üçtərəfli görüşü);

27 sentyabr 2018-ci il (Azərbaycan-Rusiya Regionlararası Forumunun açılışında iştirak).

 

Rusiya Federasiyasının Prezidenti cənab Dmitri Medvedevin Azərbaycan Respublikasına səfərləri:

Rəsmi səfərlər: 3-4 iyul 2008-ci il, 2-3 sentyabr 2010-cu il;

İşgüzar səfərlər: 29 iyun 2009-cu il, 18 noyabr 2010-cu il.

 

Baş Nazirlər

Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasizadənin Rusiya Federasiyasına səfərləri: 25 aprel 2007-ci il; 7 iyun 2007-ci il; 17-18 iyun 2008-ci il.

 

Rusiya Federasiyası Baş nazirlərinin Azərbaycan Respublikasına səfərləri:

Cənab Mixail Fradkov - 4 dekabr 2006-ci il (rəsmi səfər);

Cənab Dmitri Medvedev - 8 aprel 2016-cı il (rəsmi səfər).

 

Parlament Sədrləri

Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədovun Rusiya Federasiyasına səfərləri:

26-28 aprel 2006-cı il;

30-31 may 2007-ci il;

12 dekabr 2007-ci il;

2-4 aprel 2008-ci il;

3 iyun 2010-cu il;

14-16 may 2011-ci il (MDB, Sankt-Peterburq);

9 noyabr 2011-ci il (MDB, Sankt-Peterburq);

29 noyabr 2013-cü il (MDB, Sankt-Peterburq);

4-5 iyun 2014-cü il (Rəsmi səfər);

16-17 aprel 2015-ci il (MDB, Sankt-Peterburq);

19-20 aprel 2016-cı il (Avrasiya parlamentlərinin ilk iclası, Moskva),

18-19 may 2016-cı il (MDB, Sankt-Peterburq);

14 noyabr 2015-ci il (MDB, Sankt-Peterburq);

27-28 mart 2017-ci il (MDB, Sankt-Peterburq);

14-16 oktyabr 2017-ci il (MDB, Sankt-Peterburq);

2 fevral 2018-ci il;

18-19 aprel 2019-cu il (MDB, Sankt-Peterburq).

 

Rusiya Federasiyası Parlament Sədrlərinin Azərbaycan Respublikasına səfərləri:

cənab Sergey Mironov: 23-24 may 2002-ci il;

cənab Boris Grizlov: 29-30 mart 2004-cü il;

cənab Sergey Mironov: 21-22 aprel 2005-ci il, 27-28 mart 2007-ci il;

cənab Boris Grizlov: 13 may 2008-ci il;

xanım Valentina Matviyenko: 8-9 aprel 2012-ci il;

cənab Sergey Narişnik: 7-9 iyul 2012-ci il, 27-28 iyun 2014-cü il, 26-28 iyun 2015-ci il   (I Avropa Oyunlarının rəsmi bağlanış mərasimi);

cənab Vyaçeslav Volodin: 24-26 iyun 2018-ci il.

xanım Valentina Matviyenko: 11-12 aprel 2019-cu il.

 

Xarici İşlər nazirləri

Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovun Rusiya Federasiyasına səfərləri:

Rəsmi səfərləri: 17-19 avqust 2004-cü il; 17-18 iyul 2011-ci il; 20-21 may 2013-cü il; 24-26 may 2015-ci il; 5-7 mart 2017-ci il.

İşgüzar səfərlər:

21 aprel 2006-cı il;

5-6 oktyabr 2006-cı il;

1 avqust 2008-ci il;

8 sentyabr 2008-ci il;

31 oktyabr - 2 noyabr 2008-ci il;

26 Mart 2010-ci il;

25 yanvar 2011-ci il;

19 yanvar 2012-ci il;

4 aprel 2014-cü il;

22 aprel 2014-cü il;

17 iyul 2015-ci il;

7-8 aprel 2016-cı il (MDB  XİNŞ);

28 aprel 2017-ci il;

15-16 noyabr 2017-ci il (ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş, Moskva);

4-5 dekabr 2017-ci il (Xəzəryanı ölkələrin Xarici İşlər Nazirlərinin iclası, Moskva);

4-5 aprel 2019-cu il (MDB  XİNŞ, Moskva).

 

Rusiya Federasiyasının Xarici İşlər Naziri cənab Sergey Lavrovun Azərbaycan Respublikasına səfərləri:

Rəsmi səfərləri: 1-2 fevral 2005-ci il; 3-4 aprel 2012-ci il; 17-18 iyun 2014-cü il; 19-20 noyabr 2017-ci il.

İşgüzar səfərlər: 21-22 May 2007-ci il; 11-12 Mart 2009-cu il; 8 iyul 2011-ci il; 1 sentyabr 2015-ci il; 6-7 aprel 2016-cı il; 11-12 iyul 2016-cı il; 13-14 dekabr 2018-ci il.

 

Humanitar sahədə əməkdaşlıq

Azərbaycan ilə Rusiya arasında mədəni, elmi-texniki və humanitar əlaqələr yüksək səviyyədədir və getdikcə inkişaf etməkdədir. Elm və təhsil sahəsində əməkdaşlıq, tələbə mübadilələri, incəsənət xadimlərinin qarşılıqlı səfərləri, birgə mədəni tədbirlər həyata keçirilir.

Humanitar əlaqələrin inkişafında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən mədəni tədbirlər mühüm rol oynayır.

Azərbaycan və Rusiya dövlət başçılarının təşəbbüsü ilə mütəmadi olaraq Bakı Beynəlxalq Humanitar Forumukeçirilir. Sonuncu (6-cı) forum 25-26 oktyabr 2018-ci il tarixlərində Bakı şəhərində keçirilmişdir.

Turizm sahəsində səmərəli əməkdaşlıq davam edir. Son illər ölkəmizə çox sayda rusiyalı turistlərin gəlişi müşahidə olunur. Belə ki, 2017/2018-ci illərdə ölkəmizə gələn əcnəbi turistlərin əksəriyyəti Rusiya Federasiyasındandır (ümumi əcnəbi turist sayının 31.5%  təşkil etmişdir).

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında 229 sənəd imzalanmışdır.

Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə (3 iyul 1997-ci il), Bakı Bəyannaməsi (9 yanvar 2001-ci il) və Moskva Bəyannaməsi (6 fevral 2004-cü il) Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığı təmin edən mühüm sənədlərdir.

Digər mühüm sənədlər:

  • Dostluq və strateji tərəfdaşlıq haqqında Bakı Bəyannaməsi (3 iyul 2008-ci il);
  • Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında müqavilə (3 sentyabr 2010-cu il)
  • Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev və Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlığın priritet istiqamətləri haqqında Birgə Bəyanatı (1 sentyabr, 2018-ci il).

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan-Rusiya münasibətlərinin bütün spektri üzrə səciyyəvi olan yüksək səviyyəli qarşılıqlı siyasi anlaşma və strateji əməkdaşlıq ruhu ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaradır.

İki dövlətin rəhbərlərinin görüşləri və danışıqları zamanı müəyyən edilən məqsədlər və əməkdaşlıq istiqamətləri müvafiq hökumətlərin, o cümlədən, iqtisadi idarəetmə orqanlarının fəaliyyətinin məzmununu təyin edir.

İqtisadi sahədə Azərbaycan və Rusiya arasında 45-dən çox sənəd imzalanmışdır.

Azərbaycan və Rusiya arasında xarici ticarət rejimi Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti  arasında sərbəst ticarət sazişi (30.09.1992) və Sərbəst ticarət rejimindən istisnaların mərhələlərlə aradan qaldırılmasına dair Protokolla (06.02.2004), Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında iqtisadi əməkdaşlığın əsas prinsipləri və istiqamətləri haqqında Sazişlə (21.02.2002), həmçinin, Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında qarşılıqlı ticarətdə dolayı vergilərə cəlb etmənin prinsipləri haqqında Sazişlə (29.11.2000) müəyyən edilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 sentyabr 2018-ci il tarixində Rusiya Federasiyasına həyata keçmiş rəsmi səfəri çərçivəsində imzalanmış sənədlər Azərbaycan-Rusiya əlaqələrinin bütün kompleksinin, o cümlədən iqtisadi  münasibətlərin inkişafına mühüm təkan vermişdir.

Sözügedən sənədlər: “Azərbaycan Respublikasının Prezidenti cənab İ.H. Əliyev və Rusiya Federasiyasının Prezidenti cənab V.V. Putinin Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatı”, bir çox sahələri əhatə edən “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və həmin sənədə daxil olan ticarətin və qarşılıqlı sərmayələrin artırılması, nəqliyyat marşrutlarının yaradılması, eləcə də humanitar qarşılıqlı fəaliyyətin, o cümlədən mədəni və turizm mübadilələrinin genişləndirilməsi kimi mühüm məsələlər üzrə 5 müvafiq yol xəritələri, habelə “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı”.

Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. Azərbaycanın ilk ticarət nümayəndəliyi Rusiya Federasiyasında yaradılıb. 2017-ci ildə Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələrinin genişlənməsində atılan mühüm addımdır.

Ümumi sərmayələrinin həcmi :

Azərbaycanın Rusiyaya – 1,5 mlrd ABŞ dolları,

Rusiyanın Azərbaycana isə – 4,5 mlrd ABŞ dollarına yaxın.

 

Azərbaycandan Rusiyaya ixrac: kənd təsərrüfatı məhsulları; təbii qaz; kerosin, kimya məhsulları; borular; spirtli içkilər;

Rusiyadan Azərbaycana idxal: siqaret, kənd təsərrüfatı və qida məhsulları; benzin; polad və dəmir məmulatlar, tikinti materialları, ağac məmulatları; kimya məhsulları; dərman; istehlak məhsulları, avtomobil mühərrikləri; borular; diri ev heyvanları.

 

Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

 

İl

 

idxal

 

Ixrac

 

Ticarət dövriyyəsi

 

Saldo

2016

1 641 809.2

 

409 273.3

 

2 051 082.5

-1 232 535.9

 

2017

1 554 257.9

 

587 025.4

2 141 283.3

-967 232.5

2018

1 885 164.65

665 741.42

 

2 550 906.07

-1 219 423.23

Yanvar –

avqust

2019

1370395,90

457742,47

1828138,37

- 912653,43

 

İki ölkə arasında iqtisadi və sərmayə qoyuluşu sahəsində əlaqələrin inkişafı, o cümlədən iş adamları arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının fəaliyyət göstərir.

Azərbaycan-Rusiya İşgüzar Şurası (ARİŞ) 2016-cı ildə yaradılıb. Şuranın əsas məqsədləri iki ölkənin işgüzar dairələri arasında əlaqələrin inkişafına, birgə biznes layihələrinin həyata keçməsinə dəstək göstərməkdir. Bu məqsədlə ARİŞ Rusiyanın analoji təşkilatı olan Rusiya-Azərbaycan İşgüzar Şurası ilə yaxından əməkdaşlıq edir, mütəmadi olaraq birgə iclasları keçirilir. ARİŞ-in idarə heyətinin sədri – Səməd Qurbanov, Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri – Aleksey Repik.

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir (ümumi  ticarət dövriyyəsində 3-cü və qeyri-neft sektoru üzrə isə 1-ci yer tutur).

 

İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti

Komissiya 18 yanvar 1996-cı il tarixində yaradılmışdır.

Azərbaycan tərəfindən Komissiyanın həmsədri İqtisadiyyat naziri Şahin Mustafayev, Rusiya tərəfindən isə, İqtisadi İnkişaf naziri Maksim Oreşkindir.

Bu günədək Komissiyanın 17 iclası keçirilmişdir.

Komissiyanın sonuncu iclası 2018-ci il dekabr ayının 13-14 tarixlərində Moskva şəhərində keçirilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service