“Avropa – Qafqaz – Asiya (TRACECA) beynəlxalq nəqliyyat dəhlizi”

“Avropa – Qafqaz – Asiya (TRACECA) beynəlxalq nəqliyyat dəhlizi”

Tarixi

TRASEKA (TRACECA – TRANSPORT CORRIDOR EUROPE-CAUCASUS-ASIA) Müstəqil Dövlətlər Birliyi ölkələrinə göstərilən texniki yardım (TASİS) çərçivəsində həyata keçirilən xüsusi bir proqramdır. 1993-cü ilin mayında Brüsseldə beş Orta Asiya və üç Qafqaz ölkəsi ‎nümayəndələrinin iştirakı ilə keçirilmiş beynəlxalq konfrans zamanı Avropa ‎İttifaqı (Aİ) tərəfindən irəli sürülmüşdür. Konfransda Aİ-nin layihəyə texniki yardım proqramı razılaşdırılıb. ‎Konfransın yekunlarına əsasən, TRASEKA regionlararası proqramının fəaliyyətinin əsaslarını qoymuş Brüssel Bəyannaməsi qəbul edilmişdir.

Bu layihə Avropa İttifaqının TRASEKA üzv-dövlətlərinə dair qlobal strategiyasına uyğun olaraq, aşağıdakı məqsədlərə xidmət edir:

  • Avropada, Qara dəniz regionunda, Qafqazda, Xəzər hövzəsi və Mərkəzi Asiya ölkələrində iqtisadi, ticarət və nəqliyyat bağlantılarının inkişaf etdirilməsi,
  • Avtomobil, dəmir yolu və dəniz nəqliyyatı sahələrinin dünya bazarına çıxışını təmin edilməsi,
  • Dəhliz boyu yollarda nəqliyyat vasitələrinin hərəkətinin və yüklərin saxlanılması  təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin mühafizəsi,
  • Üzv dövlətlərin nəqliyyat siyasətlərinin və bu sahədə normativ-hüquqi bazanın uyğunlaşdırılması, 
  • Nəqliyyat sahəsində fəaliyyət göstərən subyektlərə bərabər rəqabət mühitinin yaradılması.

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və təşəbbüsü ilə 1998-ci ilin 8-9 sentyabr tarixlərində Bakı şəhərində "Tarixi İpək Yolunun bərpasına həsr edilmiş Beynəlxalq ‎Konfrans" keçirilmişdir. Tədbirdə 9 ölkənin dövlət başçısı, 32 ölkənin və 13 beynəlxalq təşkilatın nümayəndələri iştirak etmişlər.

 

Hüquqi sənəd

“Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Saziş”.

 

İştirakçı dövlətlər

Saziş 12 dövlətin – Azərbaycan, Gürcüstan, Ermənistan, Bolqarıstan, Rumıniya, Moldova, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkiyənin dövlət və hökumət başçıları tərəfindən imzalanmışdır. İran 2009-cu ildə sazişi imzalayaraq TRASEKA proqramına qoşulmuşdur. Əfqanıstanın sözügedən proqrama qoşulması ilə bağlı danışıqlar davam etdirilir.

 

Mənzil-Qərargahı

Əsas Çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınmış və 2001-ci ilin fevralın 21-də mənzil qərargahı fəaliyyətə başlamışdır.

Dəhlizin Azərbaycan hissəsində görülmüş işlər sırasında, yeni avtomobil yollarının tikintisi, mövcud yolların təmiri və yüksək texniki dərəcəyə uyğunlaşdırılması məqsədilə bir sıra layihələrin həyata keçirildiyini, eləcə də bu dəhlizdə ən böyük layihə olan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisini, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Liman kompleksinin inşasını, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, Lapiz Lazuli tranzit və ticarət dəhlizin yaradılmasını xüsusilə qeyd etmək lazımdır.

Arxiv üzrə axtarış

xin diplomatic service