Müstəqil Dövlətlər Birliyi (MDB)

Image result for cis flag

Müstəqil Dövlətlər Birliyi (MDB)

Məqsədi: Qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət

Yaradılıb: 8 dekabr 1991-ci il

Mənzil Qərargahı (MDB İcraiyyə Komitəsi): Minsk şəhəri, Belarus Respublikası

MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib: Sergey Lebedev

 

Üzv dövlətlər: Azərbaycan Respublikası, Belarus Respublikası, Ermənistan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Moldova Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkmənistan, Özbəkistan Respublikası və Ukrayna.


Tarixi: MDB 8 dekabr 1991-ci il tarixində Belarus Respublikası, Rusiya Federasiyası və Ukrayna tərəfindən Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş” əsasında təsis edilmişdir.

22 yanvar 1993-cü ildə Minsk şəhərində MDB-nin Nizamnaməsi qəbul edilmişdir. Sözügedən sənəd Ukrayna və Türkmənistan tərəfindən imzalanmamışdır. Beləliklə, bu ölkələr de-yure olaraq MDB üzv dövləti deyil, MDB-ni təsis edən ölkələr olmaqla, sadəcə iştirakçı dövlətlər hesab olunurlar.


Azərbaycan-MDB əməkdaşlığı

24 sentyabr 1993-cü il tarixində MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə üzv qəbul olunmasına dair qərar qəbul edilmiş və Azərbaycan MDB-yə üzv olmuşdur.

Azərbaycan Respublikası MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir.

Azərbaycan Respublikası hər il keçirilən MDB Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, İqtisadi Şura, Xarici İşlər Nazirləri Şurası və üzv olduğu digər orqanların iclaslarında fəal şəkildə iştirak edir.

Arxiv üzrə axtarış

xin diplomatic service