Səudiyyə Ərəbistanı

Waving Flag of Saudi Arabia (Animated Gif)

Səudiyyə Ərəbistanı Krallığı

 

Dövlət başçısı: Əlahəzrət Kral Salman bin Əbdüləziz Əl Səud

Vəliəhd, Baş Nazirin birinci müavini, Müdafiə naziri: Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud

Məşvərət Şurasının Sədri: cənab Abdullah bin Məhəmməd bin İbrahim Əl Əş-Şeyx

Xarici İşlər naziri: cənab Dr. İbrahim bin Əbdüləziz Əl-Assaf

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri: cənab Şahin Abdullayev   

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfiri:  cənab Həməd Abdullah S.Xudeyr

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi saytı: http://riyadh.mfa.gov.az/               

 

İkitərəfli münasibətlər

Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin 30 dekabr tarixində tanımışdır. 1992-ci il fevral ayının 24-də iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur.

5-7 aprel 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfər etmişdir. 

8 aprel 2015-ci il tarixində AR Prezidenti cənab İlham Əliyev İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı Krallığının Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin prezidenti Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

15-16 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclasında iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığında səfərdə olmuşdur. 

18 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Davosda keçirilən dünya iqtisadi forumunda iştirakı çərçivəsində SƏK-in Energetika, Sənaye və Təbii Sərvətlər naziri Xalid Əl-Fələh ilə görüşmüşdür.  

10 mart 2017-ci il tarixində AR Prezidenti cənab İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Körfəz Məsələləri üzrə dövlət naziri Tamer Əl-Sabhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

26 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə səfərdə olan SƏK-in Energetika, Sənaye və Təbii Sərvətlər naziri Xalid Əbdüləziz Əl-Fələhin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

11 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Körfəz Məsələləri üzrə dövlət naziri Tamer Əl-Sabhanı qəbul etmişdir.

20-21 may 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ər-Riyadda keçirilən Ərəb-İslam-Amerika Sammitində iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığında səfərdə olmuşdur.

30 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Körfəz Məsələləri üzrə dövlət naziri Tamer Əl-Sabhanı qəbul etmişdir.

27-31 yanvar 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığında səfərdə olmuşdur.  

4 mart 2019-cu il tarixində Bakıda Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilmişdir. 

2019-cu ilin 15 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev VII Qlobal Forumda iştirak edən Kral Feysal Araşdırma və İslam Tədqiqatları Mərkəzinin sədri şahzadə Turki Əl Feysalı qəbul etmişdir.

2019-cu ilin 16 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “OPEC plus” ölkələrinin iclasında iştirak edən Səudiyyə Ərəbistanı Krallığının Energetika, Sənaye və Təbii Sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihi qəbul etmişdir.

7-8 aprel 2019-cu il tarixlərində Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Səudiyyə Ərəbistanında rəsmi səfərdə olmuşdur.   

 

 

Humanitar sahədə əməkdaşlıq

21-23 yanvar 2014-cü il tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Mədinə şəhərinin 2013-cü ildə “İslam Mədəniyyəti Paytaxtı” elan edilməsi və İSESCO-nun təşkilatçılığı ilə Mədəniyyət nazirlərinin “VIII İslam Konfransı”nda iştirak etmək məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına səfər etmişdir.

21-24 fevral 2015-ci il tarixlərində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Kralı, İki Müqəddəs Məscidin xadimi əlahəzrət Salman bin Əbdüləzizin himayəsi ilə İslam Aləmi Liqasının "Terrorizmə qarşı mübarizə" mövzusunda təşkil etdiyi beynəlxalq konfransda iştirak etmək məqsədi ilə Məkkədə səfərdə olmuşdur.

01 fevral 2017-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov SƏK mədəniyyət və informasiya naziri Adil bin Zeyd Ət-Tureyfinin dəvətinə əsasən Səudiyyə Ərəbistanına səfəri çərçivəsində SƏK Xəbərlər Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseynlə və irs və mədəniyyət milli festivalının açılış mərasimində Kral Salman bin Əbdüləziz Əl-Səud ilə görüşmüşdür.

 

Müqavilə və Hüquq bazası

Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 22 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə SƏK arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

15.06

0.13

14.93

2015

92.47.4

184.8

9.7

2016

12.640.67

539.53

12.101.14

2017

17.675.97

1.278.74

16.397.23

2018

19.031.52

861.23

18.170.29

 

Azərbaycandan ixrac olunan məhsullar: Reaktiv mühərriklər üçün kerosin yanacağı və digər məqsədlər üçün qazoyllar, rəqəmli hesablama maşınları və metaldan hazırlanmış mebellər.

Səudiyyə Ərəbistanından idxal olunan məhsullar: Polietilen, kalsium karbonat, azot, titan dioksid əsasında hazırlanan preparatlar, digər kimyəvi maddələr və xurma.

 

Müştərək Komissiya

Adı: Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiya.

Yaranma tarixi: 25 aprel 2000-ci il.

Sonuncu iclasın tarixi: 4 mart 2019-cu il tarixində Bakı şəhərində Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclası keçirilmişdir.

 

 

 

Arxiv üzrə axtarış

xin diplomatic service