Suriya

Waving Flag of Syria (Animated Gif)

Suriya Ərəb Respublikası

 

Dövlət başçısı: Zati-aliləri Prezident Bəşşar Əl-Əsəd       

Baş Nazir: cənab Dr. İmad Məhəmməd Dib Xəmis

Parlament (Xalq Şurası) Sədri: cənab Hamuda Yusif Sabbağ

Xarici İşlər naziri: cənab Valid Əl-Muallim

                             

İkitərəfli münasibətlər

16 yanvar 1992-ci il tarixində Suriya Ərəb Respublikası Azərbaycan dövlətinin müstəqilliyini tanımışdır.

28 mart 1992-ci ildə Suriya Ərəb Respublikası ilə diplomatik əlaqələr yaradılmışdır. Ölkələrimiz arasında əməkdaşlıq BMT və İKT çərçivəsində həyata keçirilmişdir.

3-4 fevral 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT-nin Baş Katibi Pan GiMunun, Böyük Britaniya, Almaniya, Norveç və Küveyt Dövlət və Hökumət Başçılarının dəvəti ilə Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransında iştirak etmişdir.

5-6 aprel 2018-ci il tarixlərində Qoşulmama Hərəkatının Bakıda keçirilmiş Aralıq Nazirlər Konfransında Suriyanın BMT-dəki daimi nümayəndəsi Bişar Əl-Cəfəri iştirak etmişdir.                                                                   

 

Humanitar sahədə əməkdaşlıq

31 may 2013-cü il tarixində Suriyanın mədəniyyət naziri xanım Lubanə Muşavvih II Ümumdünya Mədəniyyətlərarası dialoq forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur. Səfəri zamanı o, AR mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşmüşüdr.

7-18 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) maliyyə dəstəyi və Azərbaycan Respublikasının İordaniyadakı Səfirliyinin təşkilatçılığı ilə İordaniyada məskunlaşan 1963 nəfərdən ibarət 400 suriyalı ailəyə ərzaq və səhiyyə məhsulları ehtiva edən humanitar yardım paylanılmışdır.

 

Müqavilə və Hüquq bazası

Azərbaycan Respublikası ilə Suriya Ərəb Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 20 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə Suriya arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

125,6

-

125,6

2015

123,2

-

123,2

2016

291,3

-

291,3

2017

238,4

-

238,4

2018

234,6

7,4

227,2

 

Müştərək Komissiya

Adı: Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyası

Yaranma tarixi: 4 noyabr 2009-cu il.

Sonuncu iclasın tarixi: 29-30 iyun 2010-cu il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın birinci iclası keçirilmişdir.

 

Arxiv üzrə axtarış

xin diplomatic service